Xəbərlər
4.02.2026, 14:22
QIZBƏS QƏBƏLƏ : Bu cəsur igidin xatirəsinə - FOTO
ƏLİYAR ƏLİYEV.
( Milli Qəhrəman, Birinci Qarabağ döyüşlərində misilsiz qəhrəmanlıq göstərərək şəhid olmuş Əliyar Əliyevin xatirəsinə )
Bir igid oğuldan söz açıram məm,
Vətən tarixinə yazılıb adı.
Qan uddu əlindən o qanlı düşmən,
Əlindən yağıya aman olmadı.
Sığınıb qəlbində öz ümidinə,
Heç qorxu bilmədi o nər oğlu, nər,
Şığıdı şir kimi düşmən üstünə,
Qanlı döyüşlərdə göstəridi hünər.
Vətən sevgisiydi güc verən ona,
Candan çox sevirdi ana torpağı.
Ömrü döyüşlərdə çatsa da sona,
Gəbərdi əlində yüzlərlə yağı.
Pəhləvan cüssəli idmançı idi,
Qarmonda çalardı çox təranələr.
Bu ana toroağın cəsur igidi,
Qoşurdu şeirlər, gözəl nəğmələr.
Tikanlı Zəmidə ucaldı həmən,
Eşsiz şəhidliyin o zirvəsinə.
Bu şeri həsr etdim fəxarıtlə mən,
Bu cəsur igidin xatirəsinə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


