Hikmət Məlikzadə

Çox zina götürür adamın içi,
Tez-tez bu hiss ilə özünü yuma.
Əzrayıl vəzifə güdmür ki, gedib
Bir az pul verəsən, gözünü yuma...

Gəmi də, liman da tufana düşüb,
Bizim də tərslikdən yükümüz çoxdu.
Beş-üç Simurq quşu tapmırıq hələ,
Hələ yandırmalı tükümüz çoxdu.

Bir ətək günah var üstümüzdə, eh
Sən daha şeytanı dinləmə, gecdir.
Kaş, məni sevəndə biləydin kiməm,
İndi saat kimi inləmə, gecdir.

Adam neçə yerə bölər ki, canı?
Mən bu pis kinoya gecə baxacam.
Zavalım bir qadın, bir də ki, zina,
Allahın üzünə necə baxacam?


***


Kino biletləri çox bahadı, çox,
Yüz qadın ətri var, qoxla sinəmi.
Haram pul kimidi bu eşq də bəzən,
Bıçağın kütdüsə, oxla sinəmi.

Külək əsəbidi, toz ərşə qalxıb,
İpdəki quzunu kəs, soraq yoxdur.
Eh, gedən qatarlar geri qayıtdı,
Səndənsə, hələ də səs-soraq yoxdur.

Saat neçədi ki, azan çəkilir?
Durub son sözümü deyim təzədən.
Ürək boşqab deyil, içimi töküb,
Sonra qaşıqlayıb yeyim təzədən.

Hələ də islaqdı zinalı gözlər…
Həyat bir taxt ola, devirəm yenə…
Məndə ağıla bax, o pis qadını
Geri dönən kimi sevirəm yenə.


***


Ömür laxtalanmış qan kimi çürük,
Yenə dediyim söz səhv olur, heyif.
Bəlli ki, səbəb var, “körpə çiçəklər”
Qoca qucaqlarda məhv olur, heyif.

Alaçıq önündə dayanıb çoban,
Düşünür, çətini dağa kimidir...
Bəlkə su yerinə dərman içmişəm, -
Ruhum ikiaylıq çağa kimidir.

Qəmin saz vaxtıdı, hara qaçaq ki,
Şeytan da zarafat götürmür indi...
Kimsə heç olmasa qapıya qədər
Bu yaşlı qocanı ötürmür indi.

Ayın duvağına üç ləkə düşüb,
Tanrı çox adama “beşqoşa” verir.
Həyat zər deyil ki, cütləyib atım,
Görüm bu şoğərib “şeşqoşa” verir...

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930