Gəldim qapına dildə diləklərlə, Hüseynim,
Möhtacına ehsan et ətəklərlə, Hüseynim.


İnsanlığın, azadəliyin ülgüsü sənsən,
Nöqsansız İlahın ləkəsiz güzgüsü sənsən,
Ən sarp uçurumlarda nicat körpüsü sənsən,
Nazəndə çiçəklərdəki naz mürgüsü sənsən,
Sənsən görünən cümlə gözəllikdə, Hüseynim,
Yox bənzərin olsun sən özəllikdə, Hüseynim.

Var qarşıqoyulmaz elə bir cazibə səndə,
Hüsnün düşürər, doğrusu, hər bəndəni bəndə,
Aləmləri sən salmısan eşqinlə kəməndə,
Qur'an kimi pakizə adın zikr ediləndə
Artar qara simalıların qəhri, Hüseynim,
Parlar sənə sevdalıların mehri, Hüseynim.

Canlar canısan, can gözəl əshabına qurban,
Kimdən söz açım? Hər biri bir şanlıca dastan,
Dünya tora salmışdı əzəl Hürrü, Hüseyncan,
Qarşında ədəb gözlədi ancaq o nər aslan,
Axır düşünüb mə'nəvi zəncirləri qırdı,
Verdi adının haqqını, hürriyyətə vardı.

Görkəmcə qocalmışdı Həbib, eşqi cavandı,
Bir dağdı ki, ağ saqqalı bir çəngə dumandı,
Bir gün o duman şanlı şəfəqlərlə boyandı,
Son dəmdə küləklər sənə çatdırdı bu andı:
"Sənsən mənə öndər bu yolun hər qarışında,
Getsən başım ardınca gələr nizə başında."

Bilməm nə işıqlar yayılır aydın üzündən?
Kim göz götürər cazibə girdabı gözündən?
Meyl etməz ikən heç sənə, getməzkən izindən
Xeyməndə Züheyr oldu qonaq, keçdi özündən,
Sərməst idi hüsnündən, odur, eşq günündə
Köksün sipər etmişdi Züheyr oxlar önündə.

Bar dərmədi dünyada Vəhəb sevgi bağından,
Baş bildi yanar qumları rahət yatağından,
Çöl qaplanı qorxarmı rəşadət sınağından?
Çıxmışdı o bir mərd ananın pak ocağından,
Bir vaxtı məsihiydi, keçib can həvəsindən
Ölməz dirilik tapdı Hüseynin nəfəsindən.

Hisslər belə daşmışdı sözə Covn ürəyindən:
"Ağ gündə, Ağa, çox yemişəm duz-çörəyindən,
Dar gündə qulun əl çəkə heyhat ətəyindən,
Qoy gülşənə dönsün bədənim qan çiçəyindən,"
Cəng etdi, yıxıldı üzüağ bəndə üz üstə,
Ya Rəb, yara almış başı yar aldı diz üstə.

Bir laləli çöldür şühəda Kərbübəlası,
Billahi, verilməz iki dünyayə səfası,
Üçgünlük ömürçün o fəza feyz fəzası,
Dörd fəsldə yazdır oranın türfə havası,
Ay Lütfinin üz tutduğu, beş nuruna xatir,
Lütf eylə, olum altıbucaq cənnətə zair.

Son xəbərlər

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031