AZƏR NOVRUZOV

Bir qadın gördüm Göyçədə, yaslı, qəmli
Yol kənarında ağlayırdı ələmli.
Sürtə-sürtə üz isti torpağa xoşca
Tanrıya sirrin söyləyirdi yavaşca.

Baş ucunda xeyli dayandım ayaqda,
Ta duyam Haqqa sızlayırdı nə haqda.
Söyləyirdi Allaha “Pərvərdigara,
Bəndənəm mən, et istəyin tək müdara”!

Lakin indi madam əsirəm bu gün mən,
Etməsəm gər taət, qəzəblənmə məndən.
Kafirə xidmət eyləyə bilmərəm mən,
Var ta tabım tək sənə nökərəm mən.

Əqlimi çaşdırdı bu zən mərd işiylə,
Qəlbimi coşdurdu qürur atəşiylə.
Yaxşıdır bir daş parçası daş ürəkdən
Üstün olur namərddən mərd bir zən

Ər kişi yanmaz xam bir dərd odunda,
Xam kişidən artıq şərəf var qadında!
Bir qadın gər ər olsa, nər şir təkdir.
Tüstü yüksəlməkdən yana od gərəkdir.

Eşq lafı sönmüşlərə layiq olmaz,
Yansa qəlbim, bir tüstüdən artıq olmaz.
Mən ki, kafirdən nəfslə bədtər oldum,
Aşikara rəbbimə üsyan qıldım.

Nə xudaya layiq ibadət varımdır,
Nə rəsulundan bir şəfaət varımdır.
Nə də məndə o mərdlik var ki, ah…
Tanrıdan əfvim istəyəm vay eyvah!

Afitabı bu ömrümün daxi batmış,
Heç oyanmaz nəfsim bir an,öylə yatmış.
Ömr qoymaz qalxım şirin uyqusundan,
Ruzigar eylər halımı hey pərişan.

Çox təəssüf, heyhat, heyfa zamanı
Məst ötürdüm, sərxoşluğun xeyri hanı?!
Ömr bir batil uğruna batil oldu,
Aqibət tək peşmançılıq hasil oldu.


Azərbaycan dilinə tərcümə etdiyim bu məsnəvi XIII–XIV əsrlərdə yaşamış, görkəmli mütəfəkkir şair və filosof, mənbələrdə Həkim Nizari adı ilə tanınan Sədəddin ibn Şəmsəddin Nizari Quhistaninin “Səfərnamə” adlı əsərindən götürülmüşdür. Nizari bu əsərində Qafqaz bölgələrinə, eləcə də Azərbaycanın bir sıra bölgələrinə etdiyi səfərlər zamanı şahidi olduğu hadisələrdən, eşitdiklərindən yaranan təəssüratını yüksək poetik dillə nəzmə çəkmişdir.

Həkim Nizarinin şairlik qüdrəti və fəlsəfi dərinliyi məşhur sufi-mütəfəkkir şair Əbdürrəhman Cami tərəfindən “Bəharistan” əsərində qısa, lakin son dərəcə sanballı şəkildə dəyərləndirilmişdir. Cami, Həkim Nizarinin yaradıcılığını təqdim edərkən onun poetik irsini “Lisan əl-ğeyb” – yəni Qeybin dili kimi tanınan Xacə Hafizin yaradıcılığı ilə müqayisə edir. Bu müqayisə, Cami kimi bir fikir və söz ustadının dili ilə səsləndirildiyi üçün, Nizarinin mənəvi və poetik qədrini daha da aydın şəkildə ortaya qoyur.

“Səfərnamə”nin XI bölümündə Həkim Nizari Azərbaycanın Göyçə mahalına səfəri zamanı gördüyü bir qadın obrazını təsvir edir. Burada xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, şair Göyçə mahalının adını “Gökçə” olaraq işlədir. XIII əsrə aid bu tarixi mənbədə toponimin türk mənşəli “Gökçə” variantında qeyd olunması, müasir dövrdə bu adın ermənilər tərəfindən təhrif edilməsinin nə qədər əsassız və süni olduğunu açıq şəkildə sübut edir. Bu fakt təkcə ədəbi deyil, eyni zamanda mühüm tarixi və etno-mədəni dəlil mahiyyəti daşıyır.

Şair Göyçədə yol kənarında yas içində ağlayan bir qadınla qarşılaşır. Qadın hıçqırıqla ağlayıb, üzünü isti torpağa sürtərək Tanrıya pıçıldayır, göz yaşları içində münacat edir. Həkim Nizari bir saat boyunca onun baş ucunda dayanaraq bu qədər içdən gələn duaların mahiyyətini duymağa çalışır. Qadının sözləri sadə bir fərdi ağrı deyil, milli bir faciə, mənəvi istila məğduriyyətinin fəryadıdır:

“Ey Rəbbim, mən Sənin qulunam. Mənimlə istədiyin kimi rəftar et. Amma Sənin təqdirinlə bu gün əsarətdəyəm deyə, kafirə xidmət etmək mənim fitrətimə ziddir. Buna görə məndən narazı olma…”

Bu sözlər açıq şəkildə göstərir ki, qadının şikayəti maddi əsarətdən daha çox imanın, mədəniyyətin və mənəvi kimliyin tapdanmasına görədir. Onun kafirə boyun əyməyi fitrətinə zidd sayması, müsəlman-türk qadınının sarsılmaz etiqadını və daxili azadlığını təcəssüm etdirir. Qadının üzünü torpağa sürtərək dua etməsi isə təsadüfi deyil — bu, həm Allah qarşısında təvazö, həm də işğala məruz qalmış vətən torpağı ilə mənəvi birliyin rəmzidir.

Həkim Nizarinin yaşadığı dövrdə Göyçə mahalı və Azərbaycanın bir çox bölgələri Hülaku xanın əsasını qoyduğu Elxanlı dövlətinin hakimiyyəti altında idi. Elxanlı hökmdarlarının əksəriyyəti buddist və ya nəsturi inancında olmuş, yerli müsəlman-türk əhalinin dini və mədəni varlığına qarşı sərt siyasət yürütmüşlər. Bu baxımdan qadının onları “kafir” adlandırması tarixi və məna baxımından tam əsaslıdır. Çünki “kafir” sözünün lüğəvi mənası həqiqəti örtən, gizlədən deməkdir. Mədəniyyəti, dini və milli kimliyi məhv etməyə çalışan hər bir güc bu mənada kafirdir.

Şair bu qadının mərdliyini və dəyanətini yüksək poetik dillə tərənnüm edir:
“Bir qadında mərdlik varsa, namərd kişidən üstündür; daş parçası daşürəkli insandan daha dəyərlidir.”
Bu beytlərdə qadın cəmiyyətdə passiv varlıq kimi deyil, mənəvi müqavimətin daşıyıcısı kimi təqdim olunur. Ardınca isə şair bu qadının imanından təsirlənərək öz nəfsini sorğuya çəkir, peşmanlıqlarını etiraf edir və ruhani hesabat verir.

Bu əsərdə təsvir edilən qadın obrazı türk-islam dünyasında qadının həqiqi yerini və ucalığını nümayiş etdirir. O, yaşadığı dövrün ictimai-siyasi zülmünə biganə qalmayan, mərdanə əqidəsi ilə bütün bəşəriyyətə örnək ola biləcək bir simadır.

Tarix boyu Göyçə mahalının və Azərbaycanın digər tarixi torpaqlarının yadelli işğallara məruz qalması bu qadının fəryadını daha da simvolik edir. Şübhəsizdir ki, o Göyçəli mərd qadının üzünü torpağa sürtə-sürtə, Allaha olan yaxarışı əsrlər boyu bu torpaqlardan didərgin düşmüş, yurdundan, yuvasından qovulmuş saysız qadınların könüllərindəki fəryadla həmahəng yaşamışdır.

Bu gün illərdir yerdə qərib qalan Dədə Ələsgərin məzarı kimi əsrlərdir göydə sərgərdan dolaşan o qadının fəryadı mühəqqəq ki, haqq divanından hacətini bir gün alacaqdır. Əsrlər öncə o qadının yerlərdən göylərə yüksələn naləsinin şiddətli rüzgarı həqiqət dərgahının ədalət qapısını bu gün də israrla döyməkdədir

Çünki Göyçə torpağının yaddaşına hopmuş bu iman və dəyanət nə unudular, nə də susar. Uzaq diyarlardan Göyçəyə ziyarətə gəlmiş Həkim Nizarini bu qədər təsirləndirən o qadının inancı və əqidəsi təbii ki, bu gün də Göyçə həsrəti ilə ürəkləri alovlanan soydaşlarımızın ruhuna dərindən təsir edir.Lakin ilahi ədalətin təcəllisinə əminliklə müştaq olan, “ələstdən bəli” deyən mübariz ruhlar üçün o Göyçəli qadının mətin duası həm də vüsal müjdəçisi və zəfər carçısıdır

Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031