
Xəbərlər
29.05.2025, 23:22
XOŞBƏXT AİLƏM - FOTO
Zəhmətkeş bir atayam,
Ruslandır mənim adım.
Əvəzsiz nemətimdir,
Həyatda üç övladım.
Anam başımın tacı,
Bəzəyidir evimin.
O, deyir ki, dünyada,
Tayı yoxdir gəlnimin.
Böyüklər olan evdə,
Artar ruzi, bərəkət.
Hörmət, izzətli yerdə,
Olmaz artıq hərəkət.
Təzəgülə anamın
Adını vermişik biz.
Səadət bağçasından
Tər çiçək dərmişik biz.
O, mənim ilk balamdır,
Cəmisi on yaşı var.
Ağıllı, təmkinlidir,
Həm də xeyli işgüzar.
Yeddi yaşlı Humayım,
Günə, aya bənzəyir.
Ömrümüzü bal qızım,
Gülüşüylə bəzəyir.
Şirin, şəkər, mehriban,
Həm də nazlı, duzludur.
Saçları gur şəlalə,
Donu ay, ulduzludur.
Beş yaşlı Babək oğlum,
Evimizdə sonbeşik.
Əlindən yaman günə,
Qalır hər gün ev, eşik.
Qonur kəpənək kimi,
Hey o yana, bu yana.
Gah da dönür ağıllı,
Kamallı bir oğlana.
Hərdən ərkəsöyünlük,
Edib çıxarır oyun.
Bu kiçik davamçısı,
Gələcək nəsil, soyun.
Xoşbəxt ailəm mənim,
Varımdır, dövlətimdir.
Ağıllı övladlarım,
Tükənməz sərvətimdir.
Ruslandır mənim adım.
Əvəzsiz nemətimdir,
Həyatda üç övladım.
Anam başımın tacı,
Bəzəyidir evimin.
O, deyir ki, dünyada,
Tayı yoxdir gəlnimin.
Böyüklər olan evdə,
Artar ruzi, bərəkət.
Hörmət, izzətli yerdə,
Olmaz artıq hərəkət.
Təzəgülə anamın
Adını vermişik biz.
Səadət bağçasından
Tər çiçək dərmişik biz.
O, mənim ilk balamdır,
Cəmisi on yaşı var.
Ağıllı, təmkinlidir,
Həm də xeyli işgüzar.
Yeddi yaşlı Humayım,
Günə, aya bənzəyir.
Ömrümüzü bal qızım,
Gülüşüylə bəzəyir.
Şirin, şəkər, mehriban,
Həm də nazlı, duzludur.
Saçları gur şəlalə,
Donu ay, ulduzludur.
Beş yaşlı Babək oğlum,
Evimizdə sonbeşik.
Əlindən yaman günə,
Qalır hər gün ev, eşik.
Qonur kəpənək kimi,
Hey o yana, bu yana.
Gah da dönür ağıllı,
Kamallı bir oğlana.
Hərdən ərkəsöyünlük,
Edib çıxarır oyun.
Bu kiçik davamçısı,
Gələcək nəsil, soyun.
Xoşbəxt ailəm mənim,
Varımdır, dövlətimdir.
Ağıllı övladlarım,
Tükənməz sərvətimdir.
29.05.2025 02:00 IVgünTƏRANƏ MƏFTUN
AYB və Turan Yazarlar Birliyinin üzvü
AYB və Turan Yazarlar Birliyinin üzvü
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



