Fazil Mustafa
Milli Məclisin deputatı

İstanbula gəlmişkən dostlarla axşamüstü görüşüb çay içmək üçün yaxındakı çay-qəhvə məkanına girdik. Bu məkanın əsas binaya artırma hissəsinin üstünü qapalı göstərmək üçün komuflyaj edərək rahat siqaret və qəlyan çəkməyə uyğunlaşdırmışdılar. Təmiz havalı yer tapa bilmədiyimizə görə vaxtımızın qiymətli olduğunu düşünərək başqa məkan axtarışına çıxmadıq.

Hamısı mənim kimi siqaret və qəlyan görəndə yüz addım uzağa qaçan dostlarla boş bir yer tapıb çay sifarişimizi verdik. Oturan kimi ətrafa diqqət etdim. Ətraf masalarda əsasən gənc oğlan və qızlar oturub çay və yaxud qəhvə içir, söhbətləşir… və əksəriyyəti siqaretı damağında tüstülədirdi.

İstisna olaraq siqaret çəkməyən oğlanlar gözə çarpsa da, demək olar ki, bütün qızların ya damağında siqareti, ya da qarşısında siqaret qutusunu görə bilirdim. Dostlarım söylədi ki, bu mənzərə Bakıda da xeyli yayğınlaşımış. Bu səviyyədə olmasa da, ancaq adiləşdiyini söyləmək mümkündür. Doğrudur, mən Bakıda kafe, çayxana və bar məkanlarına baş çəkmədiyimə görə bu barədə təsəvvürlərim sadəcə çevrəmdəki insanların söylədiklərindən qaynaqlanır. Gənc qızlar arasında gecə həyatı, əxlaqsızlığın narahatedici səviyyədə yayğınlaşması barədə xeyli məlumatları da qulaqardı etməzsək, durumun ciddiliyi barədə düşünməyimiz hər halda əsassız olmazdı. Hələ ki, İstanbulda olduğum qısa bir müddətdə hər yerdə yayğınlaşan bu siqaret bəlasına qarşı cəmiyyətin ictimai qınaq və ya sərt mübarizə apardığından danışmaq mümkün deyil. Dərhal bu siqaret aludəçisi olan yetkinlik yaşına çatmamış litsey öyrənciləri və ya ali məktəb tələbələrini bir ana obrazında təsəvvür etməyə çalışırsan və dəhşətə gəlirsən: bu öz dünyaya gətirəcəyə körpənin sağlamlığını heçmi düşünmür?

Evə dönüşündə siqaret qoxusunu atası, anası, qardaşı necə olur ki, hiss etmir? Hiss edirsə, niyə bu pis vərdişi önləməyə çalışmırlar?

Hələ narkotik bəlasını mövzuya qatmaq istəməsəm də, son vaxtlar Türkiyədə bu şəbəkəyə qarşı başlayan total dövlət tədbirlərini məmnuniyyətlə qarşıladığımı açıqca duyururam. Həm də işi imtiyazlı təbəqələr, tanınmış şəxslər üzərindən aparmaları olduqca diqqətçəkici məqamdır. Çox istərdim ki, Azərbaycanda da qanunvericiliyin sərt üzü narkotik aludəcisi olan, onun satış şəbəkəsində yer alan tanınmış şəxslərə doğru yönəlsin. Cəmiyyət görsün ki, bu rəzil yaşamı sürdürən kimlər varsa, onlara da güzəştə gedilmir. İnanın ki, bu adamların ifşası potensial narkotik aludəçisi ola biləcək xeyli insan üçün “Dur!” siqnalı mahiyyətində ola bilər. Tanınmışlar deyəndə, yanlız orada-burada tez-tez adları hallanan sənət sahəsində olanlardan, yaxud idmançılardan söhbət getmir, elə siyasətçi, dövlət məmuru, iş adamı kateqoriyasından olan hər kəsdən gedir. Müvafiq qurumların əlində yetərincə dəqiq bilgilər mövcuddur, sadəcə bu prosesə ümummili xilas məsələsi kimi yanaşılarsa, ciddi nəticələr əldə etmək mümkündür.

Dönürəm yenə də siqaret məsələsinə. Türkiyədə qızlar arasında fəlakətli səviyyədə yayğınlaşan siqaret aludəçiliyi ailə faciələrinə səbəb olacaq mahiyyətdədir və məni hədsiz narahat etdi. Əslində bu, ictimai nadanlığın formalarından biridir. Eyni nadanlığı Azərbaycanda gənclər arasında getdikcə kütləviləşən tatunun (döymənin ), burun, dodaq deşdirib sırğa taxmağın modaya çevrilməsində də görə bilirik. Bu sırğasevərlərə sırğanın təyinat yerini kimsə evdə və ya məktəbdə doğrudanmı anlada bilməyib? Şükürlər olsun ki, bir deputat olaraq qanunvericilik təşəbbüsü qaydasında elektron siqaretin qadağan olunması baqədə təşəbbüsüm Milli Məclisdə dəstəkləndi və artıq aprel ayının 1-dən qanun qüvvəyə minəcək. Əlbəttə, işləyib-işləməməsi cəmiyyətin ictimai qınağından asılı məsələdir və insan sağlamlığına yönəlik biganəliyin addımbaşı müşahidə etdiyimdən, elə də ümidli deyiləm. Bəs neçə illərdir qapalı yerlərdə istifadəsini məhdudlaşdırdığımız siqaretlə, qəlyanla bağlı nə edək? Hələ də məktəblərin belə qarşısından yığışdıra bilmədiyimiz bu məkanlardan pul qazananlar öz övladlarını göz önünə gətirib nəsə düşünə bilirlərmi? Xüsusilə gənc qızları, daha doğrusu sabahın anası olacaq Azərbaycan qızlarını siqaret aludəçiliyindən, qəlyan aludəçiliyindən necə xilas edək? Yolunu bilirsinizsə, təkliflərinizi deyin, yazın, fikirlərinizi bölüşün. Mən bu məsələyə böyük fəlakət kimi baxıram, ancaq özüm də konkret çözüm yolunu bilmədiyimi etiraf edirəm.
Hələ ki, elektronlu-elektronsuz siqaretimiz yana-yana gedir… İrəlidə isə nəsillərimizi də yandıracaq


Son xəbərlər

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031