Bu gün də davam edən qarlı və şaxtalı hava şəraiti Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan və Ağsu dolaylarından keçən bəzi hissələrində buzlaşmaya səbəb olub. Səhər saatlarından etibarən qarın yağması dayansa da, güclü külək və çovğun yol şəraitini çətinləşdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları ərazidə 24 saat növbəli iş rejimində fəaliyyət göstərərək yolların qardan və buzdan təmizlənməsini təmin edir. Hərəkət istiqamətlərinə uyğun olaraq yolun hər iki tərəfində toplanan qar kütləsi kənarlaşdırılır, nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkəti təmin olunur.

4 nömrəli Magistral Yolların İstismarı MMC-nin sahə rəisi Əvəz Xəlilovun verdiyi məlumata görə, M4 avtomobil yolunun 76–143-cü kilometrlik hissəsində fasiləsiz qartəmizləmə tədbirləri həyata keçirilib. Əraziyə qar kürüyən, qum-duz səpən xüsusi təyinatlı avtomobillər və canlı qüvvə cəlb olunub. Onun sözlərinə görə, yanvarın 17-si axşam saatlarından etibarən yolun hərəkət hissəsində yaranan buzlaşma operativ şəkildə aradan qaldırılıb.

Güclü qar yağışı və çovğun Qobustan rayonu ərazisində də nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Rayon mərkəzindən kəndlərə aparan yollarda buzlaşma qeydə alınıb, xüsusilə dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrinə gedən yollarda sürüşmə təhlükəsi artıb. Bu səbəbdən yol istismar idarəsinin texnikası və əməkdaşları əraziyə cəlb edilərək fasiləsiz fəaliyyət göstəriblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyev AZƏRTAC-a bildirib ki, hazırda əsas diqqət Bakı–Şamaxı–Yevlax magistral yolunun Qobustan rayonu ərazisindən keçən təxminən 30 kilometrlik hissəsinin qardan və buzdan təmizlənməsinə yönəldilib. Onun sözlərinə görə, rayon üzrə mövcud olan 150 kilometrə yaxın kənd yolunun hərəkət üçün açıq saxlanılması məqsədilə mütəmadi texniki tədbirlər görülür.

M.Əliyev qeyd edib ki, səhər saatlarında yağıntının intensivləşməsi və güclü çovğun bəzi istiqamətlərdə hərəkətin müvəqqəti məhdudlaşdırılmasına səbəb olub. Bir neçə halda yollar bağlansa da, yol təsərrüfatı əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə hərəkət bərpa edilib. Kənd yolları da daxil olmaqla, rayon ərazisindəki bütün yollar hazırda açıqdır.

Rayon ərazisində yağan qar daha çox Çalo, Cəyirli, Bəklə, Nabur və Sündü kəndlərində müşahidə olunub. Güclü şaxta səbəbindən bu yaşayış məntəqələrinə aparan yollarda hərəkət çətinləşib. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə polis əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Hazırda bölgədə qarın yağması davam edir. Gecə saatlarında buzlaşma ehtimalının yüksək olduğu bildirilir. Bu səbəbdən sürücülərə mümkün qədər həmin istiqamətlərdə hərəkət etməmək, zərurət yarandıqda isə ehtiyatlı olmaq tövsiyə olunur.











Son xəbərlər

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930