Xəbərlər
20.01.2026, 21:21
MÜZƏFFƏR MƏZAHİM : AZADLIQ MEYDANIMIZ - FOTO
Müstəqillik limanı,
Azadlıq meydanımız.
Xalqın arzu ümmanı,
Azadlıq meydanımız.
Birlik salnaməsidir,
Milyonların səsidir,
Yurda eşq nəğməsidir,
Azadlıq meydanımız.
Burdan qalxdı varlığım,
Dalğalandı bayrağım,
Qəsbkara göz dağı,-
Azadlıq meydanımız.
Yoldu dirçəliş üçün,
Təməlidir ər gücün,
Bəxtimizə doğan gün,
Azadlıq meydanımız.
Çin oldu bal yuxumuz,
Hədəf aldı oxumuz,
Mübarizlik ruhumuz,
Azadlıq meydanımız.
Mənfur divləri yıxan,
İldırım kimi çaxan,
İlk şəhid qanı axan,
Azadlıq meydanımız.
Alovlanmış ocaqdı,
Güvənməli qucaqdı,
Əbədi pak, sıcaqdır,
Azadlıq meydanımız.
Azadlıq meydanımız.
Xalqın arzu ümmanı,
Azadlıq meydanımız.
Birlik salnaməsidir,
Milyonların səsidir,
Yurda eşq nəğməsidir,
Azadlıq meydanımız.
Burdan qalxdı varlığım,
Dalğalandı bayrağım,
Qəsbkara göz dağı,-
Azadlıq meydanımız.
Yoldu dirçəliş üçün,
Təməlidir ər gücün,
Bəxtimizə doğan gün,
Azadlıq meydanımız.
Çin oldu bal yuxumuz,
Hədəf aldı oxumuz,
Mübarizlik ruhumuz,
Azadlıq meydanımız.
Mənfur divləri yıxan,
İldırım kimi çaxan,
İlk şəhid qanı axan,
Azadlıq meydanımız.
Alovlanmış ocaqdı,
Güvənməli qucaqdı,
Əbədi pak, sıcaqdır,
Azadlıq meydanımız.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













