Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2-ci dərəcəli Vətən müharibəsi əlili, Respublika Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Adıgözəlov Vüsal Bəşir oğlununun müalicəsini öz nəzarətinə götürüb.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, başçı daim qazini diqqətdə saxlayır, onun səhhəti, qayğıları ilə maraqlanır.

İcra başçısının bu gün qazimizlə birlikdə Bakı şəhərində xəstəxanada olması, onun səhhəti ilə bağlı həkimlərin fikrini öyrənməsi, müalicəsini Qazax Rayon İcra Hakimiyyəti olaraq öz üzərinə götürməsi həmin qayğının bariz nümunəsidir.

Qazi Vüsal Adıgözəlov hər zaman şəhid ailələrinə, qazilərə göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirir. Daim onun qayğıları ilə maraqlanan rayon rəhbərliyinə razılığını ifadə edir.

Məlumat üçün qeyd edək ki, Adıgözəlov Vüsal Bəşir oğlu 20 dekabr 1989-cu ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olub. Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbi bitirib. Orta təhsillidir. 2014-cü ilin avqust ayından N saylı hərbi hissədə xidmətə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olaraq başlamışdır. 10 oktyabr 2020-ci il tarixdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 17 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ətrafında gedən döyüşlərdə ayağından 1, qarından 7, beldən 3, sağ qol bazudan 3 qəlpə yarası almışdır. 17.10.2020-ci il tarixdə Füzuli rayonunda ilkin tibbi yardım göstərilmiş və iki dəfə əməliyyat olunmuşdur, vəziyyəti pisləşdiyi üçün Bakı Şəhər Hərbi Hospitala aparılmış 1 gün orda müalicə olunmuşdur. Səhhəti ilə əlaqədar 19.10.2020-ci il tarixdən Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirmiş və iki dəfə əməliyyat olunmuşdur. 24.12.2020-ci il tarixdən Qazaxa gəlmişdir. Hərbi hissədən tərxis olub. 14.07.2021-ci il tarixdə II qrup əlillik dərəcəsi təyin edilmişdir. 2023-cü ildə bağırsağından, 2024-cü ildə sol ayağından, 2025-ci ildə sol ayağının dizdən aşağı hissəsindən əməliyyat olunmuşdur. Qazimizə 16.12.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər LADA” markalı avtomobil verilib. 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsində 3 otaqlı mənzillə təmin olunub. Ailəlidir, 3 övladı var. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Son xəbərlər

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031