1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mənim körpəliyim getdi. O qanlı gecədə uşaqlığım itdi. Anamın beli büküldü, bir gecədə 20 il qocaldı, tək uşaqla qaldı. İndi mən 36 ildir ki, atamın yolunu gözləyirəm.

Bunu AZƏRTAC-a müsahibəsində 20 Yanvar faciəsi zamanı itkin düşmüş, 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “20 Yanvar şəhidi” fəxri adı verilmiş Şövkət Ağayevin qızı Sevinc Rüstəmova bildirib.

Dedi ki, dönəcəyəm...

Qanlı 20 Yanvar gecəsinin ağrı-acısını göz yaşları ilə xatırladan Sevinc Rüstəmova atasını sonuncu dəfə 1990-cı il yanvarın 19-u axşam o, evdən çıxarkən gördüyünü deyib: “Atamın qara plaşını geyinib, qapıya doğru addımladığını gördüm. Evdə öz aramızda rusca danışırdıq. Dedim ki, ata hara gedirsən? Dedi ki, dönəcəyəm. Amma bu günə kimi “Şövkət Ağayevi gördüm” deyən olmayıb...”.

Müsahibimiz vurğulayıb ki, yanvarın 20-si səhər anası ilə atasının axtarışına çıxıblar: “İndiki Dövlət Statistika Komitəsinin yanından metronun “20 Yanvar” stansiyasına qədər getdik. Yadımdadır ki, anamın əlindən bərk tutmuşdum, meyitlərə baxırdım. Çox qorxmuşdum. Nənəm o vaxt “Sovetski”də yaşayırdı. Oraların evinə qədər gedib çıxmışdıq. Ancaq atamı “gördüm” deyən olmamışdı. Yenə də düşündük ki, sağdır, axtarışlarını davam etdirdik. İllərlə Azərbaycan Televiziyasında yayımlanan “Sən haradasan?” verilişində əlimizdə şəklini tutaraq, onu axtardıq. Nəhayət, atam Şövkət Ağayev Həsənoviç 1996-cı ildə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 20 Yanvar hadisələrində itkin düşmüş hesab olundu”.
Ümidimi itirməmişəm...

Sevinc Rüstəmova diqqətə çatdırıb ki, atası 1936-cı il dekabrın 14-də Bakıda ziyalı ailəsində anadan olub. Rusiyanın Moskva şəhərində hüquq təhsili alıb, Nazirlər Kabinetində baş hüquqşünas vəzifəsində çalışıb. Suraxanı Rayon Məhkəməsinin hakimi olub. O, 1983-cü ildə dövlət qulluqçusu işləyən Həqiqət Ağayeva ilə ailə həyatı qurub. Yeganə övladları isə Sevinc Rüstəmovadır.

O bildirib ki, atasızlıq onu çox çətinliklərlə üzləşdirib: “Evin tək uşağı olmuşam. Atalar nəfəslərini qızları ilə alırlar. Bu gün mənim 43 yaşım, 5 yaşında qız övladım var. O, atasına naz edəndə, gözlərim yaşarır. Çünki mənim atam da yaxşı olub. O, məni çox sevirdi, nəvaziş göstərirdi. Bütün bunlardan məhrum oldum. Həyatım boyu yaşadıqlarım məndə xərçəng xəstəliyi yaradıb”.

Müsahibimiz vurğulayıb ki, 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə atasına “20 Yanvar şəhidi” fəxri adı verilib. Şəhidlər xiyabanında onun abidəsi var. “Ancaq mən atamın yoxluğu ilə barışmıram. Onun gələcəyinə inanıram, ümidimi itirməmişəm. Hər yeni ildə Şaxta babadan atamı istəyirdim. Yeni il bayramını sevmirəm. Çünki Şaxta babadan atamı istəsəm də, gəlmirdi. Anam da həmişə deyirdi ki, o qayıdacaq. Amma gəlmədi... Şəhid qızı olmaq, qazi yoldaşı olmaq mənim alın yazımdır”, - deyə o bildirib.



Son xəbərlər

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Valideyn konfransları davam edir - FOTOLAR

Abbas Bağırov – Azərbaycan Səhiyyəsində Peşəkarlıq və Etibar Nümunəsi - FOTO

Dünyada aclıqla üzləşəcək insanların sayı açıqlandı

"ABŞ hazırda müharibə vəziyyətində deyil" - ABŞ rəsmisi

"Yeraltı"ndan getdi - FOTO

Üç ilə qədər həbs oluna bilər

Aybəniz Qafarlı : Dünya Türkün Olacaq - FOTO

Baş katib: Budəfəki Avropa Kuboku formatına görə əvvəlkilərdən fərqlənir

Natella Nur : HAQQI NAHAQQA VERMƏYİN - FOTO

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031