Xəbərlər
10.01.2026, 00:10
Əvvəl silaha sarılacağını dedi, indi isə görüşə gedir...
ABŞ Prezidenti Donald Tramp fevralın ilk həftəsində kolumbiyalı həmkarı Qustavo Petro ilə Ağ Evdə bir araya gələcək.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” hesabında bildirib.
O, tərəflər arasında münasibətlərin müsbət məcrada inkişaf edəcəyinə əminliyini ifadə etsə də, Kolumbiyadan ABŞ-yə narkotik daşınmasının dayandırılmasını əsas şərt kimi irəli sürüb:
“Bu görüş hər iki ölkə üçün böyük uğur olacaq, lakin kokainin ABŞ-yə daxil olmasına icazə verilməməlidir”.
Qeyd edək ki, bundan öncə ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatla Nikolas Maduronu ələ keçirməsindən sonra Qustavo Petro Trampın təhdidlərinə qarşı ölkəsini müdafiə etmək üçün silaha sarılmağa hazır olduğunu bəyan etmişdi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay