Rayon qeydiyyatı olub Bakıda işləyənlərin NƏZƏRİNƏ: "İcazə verilməyəcək" - RƏSMİ AÇIQLAMA
Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb. Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, bu səbəbdən vətəndaşlar xaricə səfər edə bilmir. Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir. Bu məqamda Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi?

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı sərt karantin rejimində olduğu üçün girişə və çıxışa məhdudiyyətlər tətbiq edilir:
“Rayon qeydiyyatı olub Bakıda işləyənlərin də çıxışına məhdudiyyət tətbiq edilir. Çünki insanlar rayon qeydiyyatıdır deyə həmin bölgəyə gedir, sonra da Bakıda işlədiyi üçün paytaxta qayıdır. Bununla da karantin rejimində olan Bakıdan virusu digər bölgələrə yayır. Asimptomatik və ya xəstəliyi yüngül keçirənlər bu məsələdə daha təhlükəlidirlər. Ona görə də Bakıda işləyib qeydiyyatda olduğu rayona gedənlərə də məhdudiyyətlər tətbiq edilir.

Məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək. Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. Çünki onlar xidməti fəaliyyətlə bağlı işlərini bitirib geri qayıdırlar, məzuniyyətə gedənlər isə oradakı ailə üzvləri, tanışları, dostları, bütün qohumları ilə ünsiyyətdə olurlar. Bu da virusun sürətlə yayılması, yaşlı və xəstəliyi olanların ağır vəziyyətə düşməsi və koronavirus səbəbindən vəfat edənlərin sayının artması ilə nəticələnir. İnsanlar karantin rejimi dövründə bölgələrə səfər etməkdən çəkinməli, özünü mümkün qədər təcrid etməlidir”.

Son xəbərlər

Güləşçimiz ilkə imza atdı

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edir

Azərbaycanda tanınmış şəxs vəfat etdi - FOTO

Yüksək intellektli insanlar ən çox hansı hobbiləri seçirlər? - ARAŞDIRMA

Konqo DR-nın milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

İran parlamenti Trampa qarşı sui-qəsdə görə mükafat təyin edəcək

Tramp İrana qarşı sonuncu əməliyyata hazırlaşır

Sözü dirildənin sahibi ölməz - FOTO

“Trabzonspor” Türkiyə Kubokunun qalibi oldu

Dünyanın ən çox satılan 3 oyunundan biri oldu

SƏNUBƏR SƏHƏR : Nədən yazaq, niyə yazaq, nə yazaq?... - FOTO

Türkan Şorayın qızı da saxlanıldı

Yeni layihəsi bəlli oldu

Sıla tanınmaz halda - FOTO

Sənan Əsədzadə Misirdə saxlanıldı

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsini imzaladı

Şahzadənin toy tortunun parçası hərraca çıxarılacaq

Ayrıldıqları deyilirdi, tərəf müqabili oldular - Fotolar

Ərinin baş rolda çəkildiyi serialda onu da görəcəyik - FOTOLAR

Bir aydan çoxdur xəstəxanada olan Tatlısəsin son halı - Foto

Kolleclərə təkrar imtahan keçiriləcək

Nəqvi və Əraqçi Yaxın Şərqdə münaqişənin nizamlanmasına dair təklifləri müzakirə ediblər

Niderland Kralı İlham Əliyevi təbrik edib

Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb

Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"

Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb

Müzəffər Məzahim : CAHANA SƏS SALDI - Gözəl muğam ustası, əməkdar artist Zakir Əliyevə -FOTO

WUF13-ün bağlanış mərasimi keçirilir - CANLI

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031