Turaztv.az » Xəbərlər » Sözü dirildənin sahibi ölməz - FOTO
Xəbərlər

Sözü dirildənin sahibi ölməz - FOTO

23.05.2026, 01:05 128
MƏMMƏD QƏDİR

Bilirsən göz yaşım niyə dayanmır,
Dərdə ağlamayan, sevincə gülməz.
Qisməti yatmasa kimsə oyanmır,
Başına gələnlər ağıla gəlməz.

Səbr elə, lüzum yox, haray-həşirə,
Fərhad xeyir yolda, min lənət şərə,
Eşqi çevirməsə fövqəlbəşərə,
Tişəsi ən yumşaq təpəni dəlməz.

Dəlməyən sevgini yəqin gec qana,
Anaya təcavüz edər gic dana,
Ləkə kirli qəlbdən düşər vicdana,
Şeytan uzaq durar, mələk də silməz.

O üzdən pak saxla namusu, arı,
Sonuna sütüyür ömür qatarı,
Hər dərddən doyunca verir ki, Tarı,
Hər şeyi görməyən, heç nəyi bilməz.

Demirəm payız sev, qış döz, yaz yar at,
Qışla bacarmırsan, ərit, yaz yarat,
Allahın əmridir, Məmməd, yaz, yarat,
Sözü dirildənin sahibi ölməz...

Oxşar xəbərlər