Xəbərlər
22.05.2026, 11:35
“Yeşilçam” ulduzunun mirası gündəm oldu
2024-cü ildə vəfat edən “Yeşilçam” ulduzu Ahu Tuğbanın mirası ilə bağlı yeni iddialar gündəmə gəlib.
“Qafqazinfo”nun məlumatına görə, aktrisanın qızı Anjelik Kalvinın açıqlamalarından sonra ailənin əmlakı və sərvətinə dair detallar müzakirə mövzusuna çevrilib.
Qızı Anjelik Kalvin bildirib ki, anasının vəfatından sonra ağır psixoloji dövr keçirib və ABŞ-dəki evdə qala bilməyib. O, həmçinin hotel xərcləri və şəxsi əşyaları ilə bağlı problemlər yaşadığını deyib.
“Miras məsələsinə gəldikdə, anam 5 nəfərə yetəcək qədər əmlak qoyub. Amma dəqiq rəqəm demək istəmirəm”, – deyə Anjelik Kalvin bildirib.
Bu açıqlamalardan sonra Ahu Tuğbanın əmlakı ilə bağlı iddialar mediada geniş rezonans doğurub. Məlumata görə, aktrisanın İstanbulun müxtəlif nüfuzlu bölgələrində mənzillər, torpaq sahələri və kommersiya obyektlərinə sahib olduğu iddia edilir.
Qızı isə hisslərini belə ifadə edib: “Kaş ki, heç nəyimiz olmasa belə, anam sağ olaydı. Hər kəs anasının qədrini bilməlidir.”
Qeyd edək ki, Ahu Tuğba 1959-cu ildə İstanbulda doğulub, 1970-1980-ci illərdə kino karyerası ilə tanınıb və Türk kinosunun yadda qalan simalarından biri olub. Ahu Tuğba uzun illər ABŞ-də yaşayıb. O, 2024-cü il sentyabrın 1-də ABŞ-nin Mayami şəhərində vəfat edib, daha sonra cənazəsi Türkiyəyə gətirilərək İstanbulda dəfn olunub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay