Turaztv.az » Xəbərlər » Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edir
Xəbərlər

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan edir

23.05.2026, 01:59 103
Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edib.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar “Facebook” hesabında məlumat yayıb.


O bildirib ki, Budapeşt eyni zamanda ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması prosesini də dayandıracaq.

“Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq niyyətini geri götürür və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyur”, – deyə Madyar yazıb.

Baş nazir qəbul edilən qərarların səbəbləri barədə əlavə məlumat verməyib.

Oxşar xəbərlər