Xəbərlər
22.05.2026, 16:05
Müzəffər Məzahim : CAHANA SƏS SALDI - Gözəl muğam ustası, əməkdar artist Zakir Əliyevə -FOTO
Bu gün gözəl müğınnimiz, respublikamızın əməkdar artisti Zakir Əliyevin doğum günüdür. Ona uzun ömür, can sağlığı və yeni-yeni uğurlar arzulayıram. Allah qorusun.
CAHANA SƏS SALDI
Səsində ruhumun ahəngi vardır,
Gah həzin dalğalar, gah cəngi vardır,
Muğamdan, rənglərdən çələngi vardır,
Hazırdır ən çətin sınağa Zakir.
Gəzir pərdələrdə o dalğa-dalğa,
Dönür dinləyənin ürəyi dağa,
Hər kəs cuşa gəlib qalxır ayağa,
Çəkəndə segahı ayağa Zakir.
Zili ruhumuza dava-dərmandır,
Bəmi dərdə əlac, vəsəti candır
Sənət dünyasında o bir ümmandır,
Duruluqda bənzər bulağa Zakir.
Elin sevgisidir rəhni, dayağı,
Vurulub muğama Məcnun sayağı,
Oxumaz heç zaman, yersiz, bayağı,
Sənətə həm nökər, həm ağa Zakir.
Duyulur səsinin zərrəsinəcən,
Ucalır Çahargah zirvəsinəcən,
Bu fani dünyanı unudur həmən,
Tutanda qavalı yanağa Zakir.
Cahana səs saldı Muğan övladı,
Qızıl fondumuza yazıldı adı,
Neçə sənətkarın oldu ustadı,
Neçə pöhrə əkdi bu bağa Zakir.
Gah həzin dalğalar, gah cəngi vardır,
Muğamdan, rənglərdən çələngi vardır,
Hazırdır ən çətin sınağa Zakir.
Gəzir pərdələrdə o dalğa-dalğa,
Dönür dinləyənin ürəyi dağa,
Hər kəs cuşa gəlib qalxır ayağa,
Çəkəndə segahı ayağa Zakir.
Zili ruhumuza dava-dərmandır,
Bəmi dərdə əlac, vəsəti candır
Sənət dünyasında o bir ümmandır,
Duruluqda bənzər bulağa Zakir.
Elin sevgisidir rəhni, dayağı,
Vurulub muğama Məcnun sayağı,
Oxumaz heç zaman, yersiz, bayağı,
Sənətə həm nökər, həm ağa Zakir.
Duyulur səsinin zərrəsinəcən,
Ucalır Çahargah zirvəsinəcən,
Bu fani dünyanı unudur həmən,
Tutanda qavalı yanağa Zakir.
Cahana səs saldı Muğan övladı,
Qızıl fondumuza yazıldı adı,
Neçə sənətkarın oldu ustadı,
Neçə pöhrə əkdi bu bağa Zakir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











