“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müstəqil Azərbaycanın formalaşdırdığı qlobal siyasi konsepsiyalardan biridir. XXI əsrin yeni geosiyasi nizamında diasporun gücü təkcə mədəni eyniliklə deyil, həm də siyasi, informasiya və strateji təsir imkanları ilə ölçülür. Bu mənada həmrəylik gününün mahiyyəti yalnız emosional birlik deyil, dövlətlə diaspor arasındakı əlaqələrin müasir çağırışlara uyğunlaşdırılmış siyasi strukturudur. Dünya azərbaycanlılarının ən yüksək səviyyədə həmrəyliyini və təşkilatlanmalarını daim xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqımızın birliyinə və ideoloji həmrəyliyinə nail olmuşdur. 1991-ci ilin dekabr ayının 16-da, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi və artıq 34 ildir ki, bütün dünya azərbaycanlıları rəsmən bu günü bayram kimi qeyd edirlər.”

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili daha sonra dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz təzahürlərinin II Qarabağ müharibəsi dövründə müşahidə olunduğunu vurğulayaraq bunları deyib: “Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində xaricdə yaşayan soydaşlarımız öz birliklərini və Azərbaycanla həmrəyliklərini düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları ilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri ilə nümayiş etdirdilər. Müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz Ali Baş Komandanının yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi bütün xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Azərbaycan tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Möhtərəm Prezidentimizin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi eyni zamanda həm mənəvi, həm də siyasi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən bir hadisə oldu. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, dünya azərbaycanlıları Şuşada sözün əsil mənasında özlərinin Zəfər qurultaylarını keçiriblər. Müharibədən sonra keçən illər ərzində davamlı olaraq ardı gələn digər parlaq nailiyyət və qələbələr qürurumuzu daha da artırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə atdığı hər bir addım, verdiyi hər bir qərar Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, mövqelərinin daha da möhkəmlənməsinə səbəb oldu” – deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.

Son xəbərlər

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930