
Xəbərlər
27.12.2025, 15:48
4 yaşın mübarək olsun, canım, ciyərim, ürəyim, işıqlı gələcəyim Həsən bəy!
BABA OLMUŞAM DAHA
Çoxdan idi üzümü
Cirmaqlayan yox idi.
Evi töküb-dağıdıb,
Dırmaqlayan yox idi.
Döşəməni, divarı
Dırnaqlayan yox idi.
Şükür olsun Allaha,
Baba olmuşam daha.
Onu oynatmaq üçün
Növbə tutasan gərək.
Ondan erkən oyanıb,
Onla yatasan gərək.
Sözünə, söhbətinə
Şəkər qatasan gərək.
Gedibdir əldən yaxa-
Baba olmuşam daha.
Dağıdır, tökür, sökür,
Başımızda turp əkir.
Qab-qacağın qənimi
Ayaqlayır sinəmi,
Ovuşdurur çənəmi.
Azdırıb düşüncəmi-
Dönüb olmuşam çağa,
Ya da, babayam daha.
Göz vurur, dil göstərir,
Xoxana əl göstərir.
Səndələyir, yıxılır,
Künc-bucağa soxulur.
Səsləyənə səs verir,
Böyüklərə dərs verir,
Həyata həvəs verir,
Təp-təzə nəfəs verir-
Qürurum dönür dağa,
Baba olmuşam daha.
Xəlil Mirzə
24.12.2016.
Çoxdan idi üzümü
Cirmaqlayan yox idi.
Evi töküb-dağıdıb,
Dırmaqlayan yox idi.
Döşəməni, divarı
Dırnaqlayan yox idi.
Şükür olsun Allaha,
Baba olmuşam daha.
Onu oynatmaq üçün
Növbə tutasan gərək.
Ondan erkən oyanıb,
Onla yatasan gərək.
Sözünə, söhbətinə
Şəkər qatasan gərək.
Gedibdir əldən yaxa-
Baba olmuşam daha.
Dağıdır, tökür, sökür,
Başımızda turp əkir.
Qab-qacağın qənimi
Ayaqlayır sinəmi,
Ovuşdurur çənəmi.
Azdırıb düşüncəmi-
Dönüb olmuşam çağa,
Ya da, babayam daha.
Göz vurur, dil göstərir,
Xoxana əl göstərir.
Səndələyir, yıxılır,
Künc-bucağa soxulur.
Səsləyənə səs verir,
Böyüklərə dərs verir,
Həyata həvəs verir,
Təp-təzə nəfəs verir-
Qürurum dönür dağa,
Baba olmuşam daha.
Xəlil Mirzə
24.12.2016.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





