
Xəbərlər
7.07.2025, 23:16
Elxas Comərd: Haqqa doğru olub,istəyim,yolum - FOTO
OLMUŞAM
Bu qoca dünyada,ömür payımda,
Qismətə düşəndən kamı almışam.
İmkanlı görəndə mənim tayımda,
Sanmışam,dünyanın xamı olmuşam.
Nədən fərq qoyulub?kim bölüb belə?
Taleyi günahkar sanmışam hələ,
Hikmətin anladım,gətirim dilə,
Demə, - vicdanımın ramı olmuşam.
Sevib yaşamışam çətinlikləri,
Ruhuma verdiyi mətinlikləri,
Görüb, fəth etmişəm ənginlikləri,
Çox yerdə məclisin tamı, olmuşam.
Haqqa doğru olub,istəyim,yolum,
Sevinclə açılıb dostlara qolum,
Dartmadım ozümü,kim,ya nə olum,
Onlarla bir yerdə,hamı olmuşam.
Qismətə düşəndən kamı almışam.
İmkanlı görəndə mənim tayımda,
Sanmışam,dünyanın xamı olmuşam.
Nədən fərq qoyulub?kim bölüb belə?
Taleyi günahkar sanmışam hələ,
Hikmətin anladım,gətirim dilə,
Demə, - vicdanımın ramı olmuşam.
Sevib yaşamışam çətinlikləri,
Ruhuma verdiyi mətinlikləri,
Görüb, fəth etmişəm ənginlikləri,
Çox yerdə məclisin tamı, olmuşam.
Haqqa doğru olub,istəyim,yolum,
Sevinclə açılıb dostlara qolum,
Dartmadım ozümü,kim,ya nə olum,
Onlarla bir yerdə,hamı olmuşam.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









