Turaztv.az » Xəbərlər » Türkiyədə zəlzələ olub
Xəbərlər

Türkiyədə zəlzələ olub

19.08.2026, 00:36 1
Türkiyənin Konya vilayətində 3,4 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Konyanın Halkapınar rayonunda yerli vaxtla saat 20:18-də qeydə alınıb.

Zəlzələnin ocağının 7,1 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Dağıntı və tələfatın olmadığı diqqətə çatdırılıb.

Oxşar xəbərlər