
Xəbərlər
25.12.2025, 22:06
BRİLYANT QURBANOVA : Nə gözəl belə... FOTO
Şimşəyə bənzəyir dağların zehi...
Nə gözəl görünür, nə gözəl belə...
Gülün qucağında oynayan şehi
Nə gözəl görünür, nə gözəl belə...
Bulağın başında öpüşən lilpar,
Qüzeydə bərq vuran o xarramış qar,
Məni keçmişimə aparan yollar
Nə gözəl görünür, nə gözəl belə...
Bir çəmən salmışam arzularımdan,
Bir xana qurmuşam könül varımdan,
Hər səhər üzümə açılan al dan
Nə gözəl görünür, nə gözəl belə...
Bahar nəfəsiylə göz açan yarpaq,
Əriyən qar altda qabaran torpaq,
Qışın buz bədəni qaçanda çılpaq
Nə gözəl görünür, nə gözəl belə...
Atəş naşı kimi danışmır "qəzəl"
Müqəddəs amalı qəlbində özəl,
Yumanda gözünü görünən Gözəl
Nə gözəl görünür, nə gözəl belə...
Nə gözəl görünür, nə gözəl belə...
Gülün qucağında oynayan şehi
Nə gözəl görünür, nə gözəl belə...
Bulağın başında öpüşən lilpar,
Qüzeydə bərq vuran o xarramış qar,
Məni keçmişimə aparan yollar
Nə gözəl görünür, nə gözəl belə...
Bir çəmən salmışam arzularımdan,
Bir xana qurmuşam könül varımdan,
Hər səhər üzümə açılan al dan
Nə gözəl görünür, nə gözəl belə...
Bahar nəfəsiylə göz açan yarpaq,
Əriyən qar altda qabaran torpaq,
Qışın buz bədəni qaçanda çılpaq
Nə gözəl görünür, nə gözəl belə...
Atəş naşı kimi danışmır "qəzəl"
Müqəddəs amalı qəlbində özəl,
Yumanda gözünü görünən Gözəl
Nə gözəl görünür, nə gözəl belə...
25.12.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


