Bu gün Xalq artisti Murad Dadaşovun doğum günüdür.

Turaztv.az Oxu24.com -a istinadən xəbər verir ki,sənətçi 47 yaşını qeyd edir.

Tamaşaçıların KVN-dən və televiziya efirlərindən tanıdığı,hazırda televiziya rəhbəri olan Murad Dadaşov kimdir?

Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O 1985–1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.

XX əsrin sonlarında "Bakılı oğlanlar" ŞHK ilə tanışlığı oxuduğu məktəbdən başlayıb və bununla da 1993-cü ilin dekabrında peşəkar səhnəyə gəlib. 2000-ci ildə isə "Bakılı oğlanlar" komandası "XX əsrin çempionları" titulunun sahibi oldu. Şən və hazırcavab çempionlardan biri də o olub.

Universitetdə təhsil aldığı müddətdə, 1999–2002-ci ildə həm də Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdir müavini vəzifəsində çalışıb. Televiziyada ilk fəaliyyətinə 1990-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada "Bakılı oğlanlar" ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər "Bir Cənub şəhərində" adlı layihə hazırlayıb.

1990-cı illərin sonlarında isə Space televiziyasında "Road Master" adlı layihənin aparıcısı olub.[9] 2002-ci ilin yanvar ayından həmin ilin oktyabr ayına kimi ANS Müstəqil Yayım və Media Şirkətində baş prodüser vəzifəsinə təyin edilib. Eyni zamanda, həmin dövrdə bu kanalda yayımlanan "Yeriniz Məlum" adlı gündəlik şou proqramın müəllifi və aparıcısı olub.

2003-cü il fevralın 7-də "M Group Production" şirkətini təsis edib. Burada 2008-ci ilədək baş direktor vəzifəsində çalışıb.

2003-cü ildə Lider telekanalında "M Group Production" şirkətinin ilk layihəsi olan "Mərc şou", 2005-ci ildən isə həmin telekanalda "Maşın" realiti şousu yayımlanmağa başlayıb. Hər iki layihənin müəllifi və aparıcısı o olub. 2008–2010-cu illərdə "Lider Media Holdinq" — Lider televiziyasında Baş prodüser vəzifəsinə təyin olunub. 2010-cu ildən bu günə qədər "M Group Production" şirkətinin prezidentidir.

O, yayımlanan bir çox layihələrdə peşəkar ekspert və münsif qismində iştirak edib. Belə ki, 2004–2011-ci illərdə Azad Azərbaycan (ATV) telekanalında "Yeni Ulduz" musiqi yarışması, 2008-ci ildə Soçi şəhərində keçirilən "Beş ulduz" mahnı müsabiqəsi, 2014-cü il İctimai televiziyada "Böyük Səhnə" vokal şousu və 2015-ci il Azad Azərbaycan telekanalında yayımlanan "Özünü Tanıt" istedad müsabiqəsinin münsiflər heyətində təmsil olunub.

O, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında da yaxından iştirak edib.[12] O, 2015-ci il Bakıda keçirilən Birinci Avropa Oyunlarının ulduz səfiri idi.

O, 2022-ci ildə Murad Arifin "Popumuz Var" adlı internet verilişində "Neft sənin deyil, dövlətindir" deyib və o, buna görə sərt şəkildə tənqid olunub.

5 mart 2020-ci ildə Xəzər TV-nin baş direktoru təyin edilib.

Şəxsi həyatı

Atası Dadaşov Əli Mürsəl oğlu ixtisasca nəqliyyat işçisidir. Anası Əliyeva Tamilla Abuzər qızı ixtisasca musiqiçidir, fortepiano müəlliməsidir. Qardaşı Fərid Dadaşov "KOKON" yaradıcılıq agentliyinin təsisçilərindən biridir. Azərbaycan Respublikasının əməkdar artisti, tarzən Əhsən Dadaşov Murad Dadaşovun atasının əmisidir.

2001-ci ildə ixtisasca şərqşünas olan Əliyeva Aytən Elxan qızı ilə ailə həyatı qurub. Kamal, Əli, Ziya adlı üç övladı var.

Oğlu Kamalın bu ay toyu baş tutub. Tədbirdə Emin Ağalarov, məşhur reper Jah Khalib, Xalq artisti Aygün Kazımova və Gürcüstan əsilli müğənni Brendin Stoun çıxış ediblər.



Hazırladı: Jalə

Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031