Argentina millisi və ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi Hindistana səfəri çərçivəsində ölkənin ən nüfuzlu ailələrindən biri olan Ambani ailəsinin qonağı olub.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, milyarder Mukeş Ambaninin oğlu Anant Ambani və xanımı Radhika Merçantın qonağı olan argentinalı ulduz məbəd kompleksində ayaqyalın şəkildə “aarti” ayinini icra edib. Messinin komanda yoldaşları Luis Suarez və Rodriqo De Paul ilə birlikdə məbədi gəzərək müxtəlif rituallarda iştirak etdiyi bildirilir. Futbolçu həmçinin dünyada sülh və birlik üçün duaların edildiyi “Maha Aarti” mərasiminə də qoşulub.

Səfər zamanı futbol ulduzunun biləyindəki lüks saat da medianın diqqətindən yayınmayıb. İddialara görə, Messinin taxdığı və dünyada cəmi 12 ədəd olan “Richard Mille RM 003 GMT Tourbillon Asia Edition” saatı ona Anant Ambani tərəfindən hədiyyə edilib. Sözügedən saatın qiymətinin təxminən 1,4 milyon dollar (2 milyon 380 min AZN) olduğu bildirilir.

Qeyd edək ki, Anant Ambani ötən il 600 milyon dollar dəyərindəki dəbdəbəli toyu ilə dünya mediasının gündəminə gəlmişdi. Onun atası Mukeş Ambani isə 108 milyard ABŞ dolları həcmində sərvəti ilə Asiyanın ən varlı, dünyanın isə 13-cü ən zəngin insanı hesab olunur.

Xatırladaq ki, Messinin qalmaqallı Hindistan turu Kəlkətədə başlayıb, Heydərabad, Mumbay və Dehlidən keçərək Camnaqarda yekunlaşıb.












Son xəbərlər

"Türkiyədə bütün pullarımı itirdim" - İradə İbrahimova

“Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama

Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü bildirib

Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH

Bu festivalda ya əylənə, ya da ölə bilərsən... - Fotolar

İkinci dəfə valideyn olacaqlar?

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq

DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq

2 milyonluq çantası gündəm oldu - Fotolar

Tələbə vəfat etdi - Foto

Bu hallarda elektron resurslar müvəqqəti məhdudlaşdırılacaq

Qaradağda 3 fərqli yol sahəsində yeni avtomobil körpüləri tikilir

Daşdəmir ƏJDƏROĞLU : Yarımçıq qalan ömür dastanı - FOTO

Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son qəbul edilib

IV Şuşa Qlobal Media Forumu keçiriləcək

BİZİM TƏQVİM: 10 iyulda baş vermiş tarixi hadisələr

Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar

Makron Suriyada olarkən partlayışlar törədənlər saxlanıldı

AŞIQ ALIDAN QALAN SƏRVƏT

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031