Azərbaycan jurnalistikası dəyərli qələm sahibini, nurlu bir insanı – Şahin Ənvər oğlu Babayevi itirdi. Bu itki onu tanıyan, onunla ünsiyyətdə olan hər kəs üçün ağır oldu. Şahin müəllim səs-küyü sevməyən, özünü önə çıxarmayan, lakin davranışı və əməlləri ilə seçilən nadir insanlardan idi.
Onun ən böyük keyfiyyətləri dürüstlüyü, sadəliyi, diqqətcilliyi və ədəb-ərkanı idi. Şahin müəllim hər zaman ölçülü-biçili danışar, heç kimin xətrinə dəyməz, hər kəsə hörmətlə yanaşardı. Vəzifəsindən asılı olmayaraq, özünü başqalarından üstün tutmazdı. Elə bu sadəliyi də onu hamıya sevdirən əsas cəhət idi.


Azərbaycan Jurnalistlər Birliyində uzun illər səmərəli fəaliyyət göstərən Şahin Babayev peşəsinə vicdanla yanaşan jurnalist idi. O, sözün məsuliyyətini dərindən anlayır, həqiqəti qorumağı özünə borc bilirdi. Gənc jurnalistlərə diqqət göstərər, yol göstərər, təcrübəsini səxavətlə bölüşərdi. Onun diqqətcil münasibəti, səmimi tövsiyələri bu gün də unudulmur.
Şahin müəllim Azərbaycan Jurnalistlər Birliyinə uzun illər rəhbərlik etmiş, jurnalistika tariximizdə xüsusi yeri olan mərhum jurnalist Hacı Hacıyevin yaxın qohumu idi. Bu, təsadüfi deyildi – ziyalılıq, mədəniyyət və peşə etikası onun ailəsindən gələn bir dəyər idi.
Şahin müəllimin vəfat etdiyi gün bir çoxları bu xəbərə inanmadı. Belə sakit, belə sadə, belə xeyirxah bir insanın bu dünyadan köçməsi hamı üçün gözlənilməz oldu. Etiraf etmək lazımdır ki, onun kimi təvazökar bir insanın hüzn məclisində az sayda adamın iştirakı insana təsir edir, məyusluq yaradır. Amma bəzən insanın böyüklüyü izdihamla deyil, ürəklərdə qoyduğu izlə ölçülür. Şahin müəllim də məhz belə insanlardan idi.
Hər dəfə Şahin müəllimdən yazmaq istəyəndə deyərdi ki, tələsmə , sağlıq olsun.Dost haqqında nekroloq yazmaq mənim üçün çox ağırdır. Ruhun şad olsun gözəl insan.
O, səssiz yaşadı, səssiz getdi, amma arxasında dərin hörmət, təmiz ad və xoş xatirələr qoydu. Bu, hər kəsə nəsib olmayan bir ömür payıdır.
Allah Şahin Ənvər oğlu Babayevə rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə səbr diləyirik.
Şahin müəllimin 40 mərasimi dekabrın 20-də Heydər məscidində keçiriləcək.

Rauf İLYASOGLU,
"Həkəri" qəzetinin baş redaktoru,
şair- publisist

Son xəbərlər

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031