Xəbərlər
17.12.2025, 20:52
VİCDANLI İNSANLAR - FOTO
QIZBƏS QƏBƏLƏ
Sizlər bu dünyanın məhək daşısız,
İnsanlıq adının yaraşığısız,
Şərəfin zirvəsi, arın başısız,
Vicdanı - hakimi olan insanlar.
Nə qədər dünyada naqis insan var,
Ədalətsizlik olub dövrə hökmdar.
Ağalıq etdikcə neçə zülmkar,
Məhv olur zülmətdə qalan insanlar.
Allah qorxusu da yoxdu çoxunda,
Acdan xəbəri yox, vallah toxun da,
Çırpınır məzlumlar zalım oxunda ,
Meylini Allaha salan insanlar.
Qəlbinə mərhəmət axıb, dolarsa,
Kinli ürələrədə nifrət solarsa,
İnsanın hakimi vicdan olarsa,
Olmaz ki, dərdindən talan insanlar.
İnsanlıq adının yaraşığısız,
Şərəfin zirvəsi, arın başısız,
Vicdanı - hakimi olan insanlar.
Nə qədər dünyada naqis insan var,
Ədalətsizlik olub dövrə hökmdar.
Ağalıq etdikcə neçə zülmkar,
Məhv olur zülmətdə qalan insanlar.
Allah qorxusu da yoxdu çoxunda,
Acdan xəbəri yox, vallah toxun da,
Çırpınır məzlumlar zalım oxunda ,
Meylini Allaha salan insanlar.
Qəlbinə mərhəmət axıb, dolarsa,
Kinli ürələrədə nifrət solarsa,
İnsanın hakimi vicdan olarsa,
Olmaz ki, dərdindən talan insanlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






