Azərbaycanlı rejissor İlqar Safatın tammetrajlı “Doğma torpaq” bədii filmi İstanbulda keçirilən “5.Goldenhorn IFF” beynəlxalq film festivalında iki mükafat qazanıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Fotofilm Culture and Arts” təşkilatı tərəfindən İstanbul Aydın Universitetinin Kommunikasiya fakültəsi ilə əməkdaşlıq çərçivəsində keçirilən “5.Goldenhorn IFF” festivalı dekabrın 10-12-də İstanbulda reallaşıb. “Qızıl buynuz” mükafatı uğrunda 30 ölkədən 44 tammetrajlı bədii, sənədli, tələbə filmi animasiya və eksperimental kateqoriyalar üzrə yarışıb.

İstanbul Aydın Universitetində keçirilən mükafatlandırma mərasimində peşəkar münsiflər heyətinin qərarı ilə Azərbaycanın “Doğma torpaq” filmi iki mükafata layiq görülüb. Belə ki, film kinematoqrafik əsərləri texniki və nəzəri xüsusiyyətlərinə görə qiymətləndirən, elmi və uzunmüddətli töhfə məqsədi daşıyan və əsas kinematoqrafik struktura riayət edilməsi şərti ilə akademiklər tərəfindən təqdim edilən “Best Feature Fiction Academic Award” nominasiyasında qalib olub. Bundan əlavə, “Best Director of Photography” nominasiyasında filmin operatoru Konstantin (Mindia) Esadzenin işi yüksək qiymətləndirilib.

AZƏRTAC-a müsahibəsində filmin ssenari müəllifi və rejissoru İlqar Safat bildirib: “Beş il ərzində üzərində çalışdığımız filmimizin uğur qazanmasına çox sevinirəm. Bu, həm istehsal, həm də mənəvi baxımdan olduqca çətin bir layihə idi. Çünki biz ən yeni tariximizin çox ağrılı səhifələrindən bəhs edirdik. İşimizin insanların qəlbində əks-səda doğurması sevindiricidir. Təkcə peşəkarlar deyil, ilk dəfə bizim danışdığımız faciəli hadisələr barədə məlumat alan sadə tamaşaçılar da filmi böyük maraqla qarşıladılar. Artıq ikinci filmimizi birgə çəkdiyimiz yaxın dostum, gözəl operator Konstantin Esadzenin tərəfindən də çox sevinirəm. İlk birgə işimiz “Sahə” filmi idi. Bütün komandamız üçün sevinirəm. Bu, ümumi uğurdur”.

“Doğma torpaq” ekran əsəri “Nərimanfilm” kinostudiyasında istehsal olunub və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çəkilən ilk bədii film olub. Filmin baş prodüseri Nəriman Məmmədovdur. Baş rolları Rüstəm Cəbrayılov və Alina Vorontsova ifa ediblər.

Qeyd edək ki, film oktyabr ayında Qazaxıstanın Aktau şəhərində keçirilən Türk dünyasının “Qorqud Ata” beynəlxalq film festivalında da nümayiş olunub.

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930