“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium təşkil olunub.


Tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyası (BTMA) və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) birgə təşkilatçılığı ilə baş tutub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. Simpoziumu giriş sözü ilə açan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri, BTMA İdarə Heyətinin üzvü, professor Fuad Sərdarlı tədbirin region üçün əhəmiyyətini vurğulayıb, böyrək transplantasiyasının xroniki böyrək xəstələrinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadığını qeyd edib.

Şamaxı RMX-nin direktoru Natiq Əliyev çıxışında regionlarda ixtisaslaşmış tibbi xidmətlərin inkişafının əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarını genişləndirdiyini bildirib. O, ölkədə orqan transplantasiyası sahəsində həyata keçirilən islahatların, xüsusilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılmasının bu sahədə şəffaflıq və effektivliyi artırdığını diqqətə çatdırıb.

BTMA-nın İdarə Heyətinin sədri tibb elmləri doktoru Rəşad Şolan çıxış edərək, 2025-ci ilin fevral ayında ölkədə ilk dəfə meyitdən orqan transplantasiyası əməliyyatının icra olunmasını Azərbaycan səhiyyəsi üçün tarixi hadisə kimi dəyərləndirib. O, orqan donorluğu ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Simpozium çərçivəsində “Beyin ölümü” və “Xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası” mövzularında panel iclasları keçirilib. Məruzələrdə beyin ölümünün müasir diaqnostikası, orqan donorluğunun hüquqi əsasları, diabetik nefropatiya, böyrək transplantasiyasında mürəkkəb klinik hallar və müasir müalicə strategiyaları ətraflı müzakirə olunub.

Tədbirdə, həmçinin böyrək transplantasiyası əməliyyatı keçirmiş xəstələr çıxış edərək, həkimlərə göstərilən tibbi yardıma görə təşəkkürlərini bildiriblər. Simpoziumun sonunda bir qrup həkim ölümündən sonra orqanlarını bağışlamaq üçün könüllü müraciət etdiklərini bəyan edərək, bu sahədə ictimai məsuliyyətin artırılmasına çağırış ediblər.






Son xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu

Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

Füzuli Şəhəri Günüdür

YAP Gənclər Birliyinə yeni sədr və müavinlər seçildi - FOTOLAR

Cəmi 6 gün öncə təyin edilmişdi - Keti vəzifədən gedir?

8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb

16 yaşlı oğlanın gözündən diş çıxdı - Fotolar

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı

Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Beşinci Gəncə terrorundan 6 il ötür

Alyona Əliyeva sərgidə - Fotolar

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Yer kürəsində 9 ekoloji sərhəddən 7-si aşılıb - XƏBƏRDARLIQ

"Əhmədli" metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu açıldı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031