Onillik araşdırmalardan sonra alimlər orqan transplantasiyasında böyük irəliləyişə nail olublar. Kanada və Çin tədqiqatçılarından ibarət qrup nəzəri olaraq hər bir insana köçürülə bilən “universal” böyrək hazırlayıb.

AZƏRTAC sciencealert.com saytına istinadla xəbər verir ki, alimlər xüsusi fermentlərdən istifadə edərək A tipli böyrəyi O tipli böyrəyə çevirməyi bacarıblar. Bu fermentlər A qan qrupuna xas olan şəkər molekullarını, yəni antigenləri çıxarır və nəticədə böyrək “neytral” hala gəlir. Beləliklə, immun sistem orqanı yad kimi qəbul etmir. Sınaq zamanı bu “universal” böyrək beyin ölümü keçirmiş bir insanda bir neçə gün fəaliyyət göstərib.

Üçüncü gündən etibarən A tipli əlamətlərin yenidən yaranmasına baxmayaraq, immun reaksiyanın zəif olması ümidverici nəticə sayılır. Mütəxəssislərin sözlərinə görə, bu kəşf gələcəkdə fərqli qan qrupları arasında böyrək transplantasiyasını asanlaşdıra və gözləmə müddətini xeyli azalda bilər. Hazırda yalnız Amerika Birləşmiş Ştatlarında hər gün 11 nəfər uyğun böyrək tapılmadığı üçün həyatını itirir.

Tədqiqat “Nature Biomedical Engineering” jurnalında dərc olunub.

Son xəbərlər

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu

Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

Füzuli Şəhəri Günüdür

YAP Gənclər Birliyinə yeni sədr və müavinlər seçildi - FOTOLAR

Cəmi 6 gün öncə təyin edilmişdi - Keti vəzifədən gedir?

8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb

16 yaşlı oğlanın gözündən diş çıxdı - Fotolar

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı

Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Beşinci Gəncə terrorundan 6 il ötür

Alyona Əliyeva sərgidə - Fotolar

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Yer kürəsində 9 ekoloji sərhəddən 7-si aşılıb - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031