Azərbaycan yığmasının və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyevin səhhətində problem yaranıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Futbolinfo.az saytına o, özü məlumat verib.

K.Quliyev bildirib ki, qara ciyəri sıradan çıxıb: “Problem qaraciyərlə bağlıdır. Qara ciyər sıradan çıxıb. Nə desən var. Analizlər yanımda deyil, qanımdakı göstəricilərin faizlərini dəqiq deyə bilmirəm, vallah başım çıxmır. Hər şey göstərilib. Ola bilər ki, qaraciyər dəyişilsin, əməliyyat da tələb oluna bilər”.
Keçmiş futbolçu qeyd edib ki, sağalması üçün 40 min manat lazımdır.

O, AFFA və “Neftçi”nin heç bir kömək etmədiyini də açıqlayıb: “Özüm müraciət etməmişəm. Bilmirəm, bəlkə xəbərləri yoxdur. Keçən il özbəklərlə yoldaşlıq oyunu ərəfəsində müalicə alırdım. Bunu eşidən federasiya rəhbərliyi, çox sağ olsunlar, mənə zəng etmişdilər. O vaxt telefon məndə olmurdu, ailəmdə idi. Onlarla danışanda hərtərəfli dəstək göstərmək istədiklərini söylədilər. O zaman imkanım var idi, özüm həll edəcəyimi dedim və onlara sonsuz təşəkkürümü bildirdim. Qürur hissi keçirdim. Axı, mən 10 il milli komandanın formasını əbəs yerə daşımamışam. Dəfələrlə öz hesabıma millinin düşərgəsinə getmişəm. Belə münasibətdən necə qürur duymayım? Amma müraciət edəcəyəm.

Bilənlər bilir, futbolçu karyeramın ən gözəl çağları “Neftçi” ilə bağlıdır. 6-7 il zarafat deyil. Bir vaxtlar komanda yiyəsiz qalmışdı, çoxları tərk etdi, amma mən sona qədər komandanın uğuru üçün əlimdən gələnin artığını etdim. Bunu Kazbek Tuayev də təsdiqləyər. Çünki həmin vaxt baş məşqçi o idi. 6 ay pulsuz-parasız oynadım, komandanın uğuru üçün canımı belə qoydum. Allah eləməmiş zədə alsaydım, bu, karyerama çox pis təsir edəcəkdi. Çünki komandada heç nə yox idi, ancaq bir naşatır, bir də “Johnson's Baby” yağı var idi. Bəli, indi mənə kömək lazımdır. Necə ki, vaxtilə mən bu komandadan üz döndərməmişdimsə, indi növbə komandanındır. Hazırda komandanı idarə edən insanlar futbolu bilən, dəyər verən, qayğı göstərən şəxslərdir. İnanıram ki, keçmiş unudulmur. Çünki keçmişini unudan gələcəyə ümidlə baxa bilməz”.

Qeyd edək ki, Kamal Quliyev “Neftçi”, “Xəzər Lənkəran” kimi klublarda çıxış edib. O, Azərbaycan yığmasında 47 oyun keçirib.

Son xəbərlər

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr – SİYAHI

Sürücülərin çoxunun istifadə etməyi unutduğu maşındakı 3 faydalı düymə

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031