
Xəbərlər
7.12.2025, 22:26
Gülafət Hacıqızı : "Bərk ayaqda tut məni.” - FOTO
Bir gün yıxılsam yerə,
Qarışsam suya,selə,
Yanaşma elə-belə,
Bərk ayaqda tut məni.
Qəmim var bir az ağdır,
Dərdlərim mənim dağdır.
Günahım var nə isə,
Bərk ayaqda tut məni.
Yadam yadlar içində,
Saxlama yad içində,
Bir gün ölüb köçəndə,
Cənazəmdən tut mənim.
Saxla məni yadında,
Göy üzünün qatında.
Hərdən gül,hərdən ağla,
Bərk ayaqda tut məni.
Qarışsam suya,selə,
Yanaşma elə-belə,
Bərk ayaqda tut məni.
Qəmim var bir az ağdır,
Dərdlərim mənim dağdır.
Günahım var nə isə,
Bərk ayaqda tut məni.
Yadam yadlar içində,
Saxlama yad içində,
Bir gün ölüb köçəndə,
Cənazəmdən tut mənim.
Saxla məni yadında,
Göy üzünün qatında.
Hərdən gül,hərdən ağla,
Bərk ayaqda tut məni.
4.12.2025 Gülafət Hacıqızı. Tula
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




