Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB -nin və AJB -nin üzvü.


…Həmin o qızı yenə də avtobus dayanacağında gördü. Əvvəlcə sevindi, ancaq bu sevincin ömrü bir –neçə dəqiqəlik old. Sir-sifəti dəyişdi, payız buludu kimi qaraldı. Yaşarmış gözlərini qızın uzun, sarışın saçlarına dikdi. Bunu həmin o qız da hiss elədi. Baxışlarını süzdürüb onun gözlərinin içinə baxdı. bir andaca gözlərinin içinə kimi qızardı. Özündən 15-16 yaş kiçik olan bu yaraşıqlı, yapışıqlı qızın gözəlliyinə tamaşa etdiyinə görə özünü günaha batmış adamlar kimi hiss elədi. Elə bil ki, doğrudan da günah işlətmişdi və həmin o qız da mavi gözlərini onun gözlərinin dərinliyinə dikib bu günah üçün ondan sorğu-sual tələb etməyə hazırlaşırdı. Utanan kimi oldu. Yox. O, utanmırdı. Əslində utanmağa bir səbəb də yox idi. Sadəcə olaraq qızın mavi gözlərinin sehrinə düşməkdən qorxurdu. Qorxurdu ki, yaşının bu çağında onsuz da bəlalı olan başını bəlaya salsın.
Qız həə də gözlərini ondan çəkmirdi. Onun nə demək istədiyini mavi gözlərindən oxuyurdu. Qızın mavi gözlərindən oxuduqlarını hər kimə söyləsəydi, yəqin ki, onun dəli olduğuna şübhə etməzdi.

Üzünü yana çevirdi. Bu yaşında ilk dəfəydi ki, qadın baxışlarına tab gətirə bilməyib məğlub olurdu. Və bu yaşında ilk dəfəydi ki, nə qadın baxışlarından canına titrətmə düşdü, nə də ürəyinin çırpıntıları qulaqlarında əks-səda verdi. Elə buna görə də ömrünün qırx dördüncü ilində ilk dəfə olaraq qocaldığını hiss eləyən kimi oldu. Ancaq bununla da barışmadı. Çünki hər səhər avtobus dayanqacağında həmin o sarışın qızı həsrətlə gözləyirdi. Onun uzun, xurmayı saçlarından gözlərini çəkə bilmirdi. Həmin o xurmayı saçları gecələr yuxusunda da görürdü. Və günlər keçdikcə həmin o mavi gözlü qızın xurmayı saçlarının qoxusunu daha yaxından hiss eləyirdi. Onun üçün həmin o saçların qoxusu məhəbbətin qoxusu idi. Ancaq hələ o saçları qoxulamamışdı. O saçları qoxulamağı xəyalına belə gətirə bilməzdi. Ona görə də o saçların qoxusundan xəbəri yox idi.
Əslində buna məhəbbət də demək olmazdı. Çünki həmin o sarışın qızın uzun, xurmayı saçlarına gözlərini zilləyərək düşünürdü ki, kaş. Onu elə bu hörüklərlə boğub canını bu dünyada yaşamaq əzabından birdəfəlik qurtaraydılar. Ancaq körpə uşaqları olduğuna görə hələ ölmək istəmirdi. Və hər səhər avtobus dayanacağında həmin o qızı görərkən istər-istəməz sevinməsi də hələ ölmək istəmədiyindən xəbər verirdi.
Avtobus gəldi. Boş oturacaqların birində əyləşib salona göz gəzdirdi. Və o dəqiqə də hiss elədi ki, sükan arxasında əyləşib papirosu acgözlüklə sümürən sürücünün oyur-oyur oynayan gözləri həmin o sarışın qıza dikilib. Həmin o qızın babası yerində olan avtobus sürücüsü yoğun, qıllı boynunu geriyə döndərməsə də qabaq aynaya yapışdırdığı güzgüdən salonda əyləşənoləri görmək imkanı pis deyildi.
Sürücünün gözləri alışıb-yanırdı. Hərdən fısıldayaraq əlilə sükanı sığallayırdı. Həmin o sarışın qız da sürücünün ona biganə qalmadığını duymuşdu. Bu ona açıqca ləzzət eləyirdi. O qızın sürücünün ehtiraslı baxışlarından ləzzət almasını azacıq aralanmış dodaqlarından və bu dodaqlara qonmuş təbəssümdən bilmək olurdu.
Sürücü başını yırğalayaraq motoru işə saldı. Avtobus hərəkətə gəldi. Növbəti dayanacaqda avtobusa yaşlı bir kişiylə cavan bir oğlan mindi.
İkisi də qara pencək geyinmişdi və ikisinin də yaxasından medal asılmışdı. Yaşlı kişinin medalı köhnəlsə də, hələ də əvvəlki təzəliyini tamam itirməmişdi. Oğlanın yaxasından asdığı meda lisə təzə idi və onun təzəliyi üstündə əks olunan parıltıdan hiss olunurdu.
Yaşlı kişinin sol gözü qızarmışdı. Qızaran gözünün ağı ilə qarası bir-birindən seçilmirdi. Kişi bərk fikrə getmişdi. Ancaq nə qədər fikirli olsa da, deyəsən, harada düşməli olduğunu yaxşı bilirdi. Avtobus «Olimp» mağazasına yaxınlaşanda kişi ayağa durdu, arıq, damarı çıxmış əlilə veteran vəsiqəsini göstərib düşdü. Arxadan sürücünün xırıltılı səsi eşidildi: «Onsuz da axırınıza az qalıb». – Qoca dayandı. Yavaşca geri çevrilib günahkarcasına illəndi: «Ay oğul, onsuz da axırımıza çıxıblar. Tay-tuşlarımdan barmaqla sayılacaq qədər adam qalıb». – Sonra daha nəsə demək istədi. Ancaq arıq, damarı çıxmış sağ əlini yelləyərək dayanacaqdan uzaqlaşdı.
Salona ölü bir sükut çökdü. Heç kəs danışmırdı. Hamı ayağını güclə sürüyən o yaşlı kişinin arxasınca baxırdı. Elə bil ki, o, Vətən cəbhədə döyüşən azərbaycanlı kişilərin sonuncu nümayəndəsi idi.
Həmin o yaşlı kişinin nə dediyini bircə o sarışın qız başa düşə bilmədi. Hər halda başa düşsəydi, yəqin ki, aralı qalmış dodaqlarına qonan təbəssüm də silinib yox olardı. O qız hələ də güzgüdən ona fürsət düşdükcə ğaxan sürücünün ehtiraslı baxışlarından ləzzət alırdı.
Növbəti dayanacaqda yaxasından «İgidliyə görə» medalı asılmış həmin o cavan oğlandüşdü. Geyimindən hansısa bir tədbirə dəvət olunduğunu başa düşmək heç də çətin deyildi. Sürücü nədənsə həmin oğlanın arxasınca bir kəlmə də söz demədi. Oğlan da elə bil ki, onun nə deyəcəyini gözləyirmiş kimi düşdüyü yerdəcə mıxlanıb qalmışdı. Yəqin ki, sürücü onun da arxasınca gül ağzını açsaydı, davasız ötüşmək mümkün olmayacaqdı. Yaxasından «İgidliyə görə» medalı asılmış həmin oğlan avtobus yerindən tərpənəndən sonra axsaya-axsaya tindəki qəzet köşkünə sarı addımladı. Sürücü isə az sonra deyinməyə başladı: «Görəsən, bu şikəstlərin əlindən başımızı götürüb hara qaçaq? Elə bil ki, onları Qarabağa mən göndərmişəm».
Yaşlı bir kişi hirslənən kimi oldu: - Bizim bir qonşumuz var. Ayağı heç Qarabağ torpağına dəyməyib. Di gəl ki, müharibə əlillərinə verilən «Oka»dan birini də o sürür. İndi kimidindirirsən cibindən «Müharibə veteranı» vəsiqəsi çıxır. Kimi dindirirsən Milli Qəhrəmandı, kimi dindirirsən xalq artistidi, nə bilim əməkdar jurnalistdi…Ay kişi, başa düşə bilmirəm, torpaqlarının iyirmi faizi işğal olunan bir ölkənin bu qədər də generalı, Milli qəhrəmanı olarmı? Vallah, adam xəcalət çəkir. Bakıda satılmamış bir qarış torpaq da qalmayıb. Hara baxırsan göydələnlər ucaldılır, hara baxırsan «Şadlıq sarayı2larıdır. Həmin o ucaldılan göydələnlərin puluna Qarabağı ermənilərdən təmizləmək olardı. – Sonra da qeyrit-ixtiyari əlavə elədi. – Havayı yerə küçələrdən boş şampan butulkaları yığışdırmırlar ki?- Ay dayı, səndən müxalifət iyi gəlir. Özünü gözlə, tutub basarlar dama. Yaşına baxmayıb sınmamış sümüyünü qoymazlar. – Otuz yaşlarında bir kişi bu sözləri deyib qorxa-qorxa yan-yörəsinəboylandı.
Sonuncu dayanacaqda həmin o sarışın qızdan savayı hamı avtobusdan düşüb öz işinin arxasınca yollandı. O isə hara gedəcəyini bilmirdi. Bircə onu bilirdi ki, axşama kimi ora-bura qaçıb çörək pulu qazanmalıydı. Bir-birindən balaca üç oğlan uşağı və bu uşaqların xəstə anası gözlərini onun qabarlı əllərinə dikmişdi.
Tanınmış kimyaçı idi. Vaxtilə şəkili elmi jurnallardan düşməyən bu alimin qabarlı əlləri hələlik onu acından ölməyə qoymasa da bunqun da bir sonu olmalıydı.
…Düz on il əvvəl Azərbaycan müstəqilliyə, o isə çrdən boşanmış qonşu qızına qovuşmuşdu. Azərbaycan müstəqilliyə qovuşandan üç il sonra o, işsiz qaldı, daha doğrusu, onun rəhbərlik etdiyi laboratoriyanı bağladılar. Və həmin o laboratoriyada çalışan kimyaçı alimlərin bir çoxunun səsi-sorağı Almaniyadan, Fransadan, Amerikadan, nə bilim rusiyanın Nüvə Tədqiqatları institutundan gəlməyə başladı. Düz on il idi ki, ədələtsizliklə, özü demişkən, allahsızlıqla üz-üzə idi. Daha dözə bilmirdi. Dözə bilmədiyinə görə də ölməmişdən qabaq heç olmasa bircə gün də olsa bu azad və müstəqil ölkədə isan kimi yaşamaq istəyirdi.

Son xəbərlər

"Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir" - Hikmət Hacıyev

Prezident qəbul keçirdi - Fotolar

Rəsul Rza zirvəsi... - FOTO

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah bütün pensiyalar tam ödəniləcək

ABŞ daha bir ölkə ilə müharibəyə hazırlaşır

Onlara 271 min reabilitasiya vasitəsi verildi

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA

Doktorant olmaq istəyənlər üçün sənəd qəbulu başladı

Viral olan görüntüsünün sirrini açıqladı - Fotolar

“Çukur”dan sonra yolları yenidən kəsişdi

İllərdir gizlətdiyi xəstəliyini açıqladı

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb

Pentaqon ABŞ-Kanada müdafiə şurasının fəaliyyətini dayandırır

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

ABŞ Rusiya neftinin tədarükünü iyunun 17-dək sanksiya siyahısından çıxarıb

Türkiyədə silahlı hücum: həm həyat yoldaşını, həm də küçədəki adamları öldürdü

İlon Mask “OpenAI”yə qarşı məhkəməni uduzdu

Şakira İspaniya hökumətinə qalib gəldi - 70 milyon dollarını qaytaracaq

Onların gözü yüksəklərdədir... - Rekordlarını təzələdilər

Əzizə Ağahüseynqızı : Vətəndi, obadı, eldi yasəmən - FOTO

Azərbaycan pavilyonu “Urban Expo” sərgisində fəaliyyətə başladı

“İqlim və mənzil dayanıqlığı: gender perspektivindən baxış” adlı tədbir keçirildi - FOTOLAR

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031