JURNALİST CƏMİL DADAŞOV MİNNƏTDARLIQ EDİR: “Məni həyata qaytaran ağxalatlılara minnətdaram”

Hər bir insanı digərindən fərqləndirən xarakterik keyfiyyətlərindən biri də insanlıq duyğusu, Allah haqqına bağlılığıdır. Çağdaş dövrümüzdə, bugünkü cəmiyyətdə hökmü və vəzifəsi ilə şöhrət qazananları yox, işini, peşəsini ucalığa yüksəldənləri, insanlığa sevgi bəsləyənləri ən ali insanlar hesab etmək olar. Yaradanımızın insan qarşısında qoyduğu missiyalardan biri də normal, sağlam insan ömrü yaşamaqdır. Bu, Allahımızın bizə lütfüdür, bəxşişidir.
Duyğulu şair Mikayıl Müşviq necə də gözəl deyib:
İstər bəstəkar ol, istər nəqqaş ol,
Şair ol, rəssam ol, heykəltəraş ol.
Yaratdığını şərəflə yarat,
Hamıdan yüksək ol, hamıdan baş ol.


Bəli, ucalıq şərəfli insanlara Allahın bəxş etdiyi zirvədir. Dünya yaxşılardan xali deyil…

Bir xeyli vaxt var idi ki, “Ədalət və həqiqət” qəzetinin təsisçisi, baş redaktoru, “Turaz.tv” saytının rəhbəri Cəmil Dadaşovun səhhətində problemlər yaranmışdı. Daha doğrusu, uroloji problemlərlə üz-üzəydi. İlkin müayinələri qəbul edəndən sonra əməliyyat olunmağı məsləhət görüldü. Bu məqsədlə də o, akademik Mirməhəmməd Cavadzadə adına Respublika Uroloji Xəstəxanasına yollanıb.
Əməliyyatdan öncə burada yaradılmış şəraiti, insanlara göstərilən nümunəvi tibbi xidməti görüb, bir çox müsbət xüsusiyyət nəzərindən qaçmayıb. Həm də burada rastlaşdığı qayğıkeşlik, isti münasibət, tibbi heyətin xəstələrə nümunəvi xidməti onu valeh edib. Açığınə deyim ki, buna paytaxtımızın heç bir tibb müəssisəsində rast gəlmədiyini də bildirir. Xəstəxanada qeydiyyat şöbəsinin işçilərindən tutmuş, əməliyyat aldığım şöbənin əməkdaşları, xüsusən ona cərrahiyyə əməliyyatı edən cərrah-uroloq Pərviz Mürsəlov qədər hamı tərəfindən xüsusi qayğı ilə əhatələnib. Düşünür ki, bu, Pərviz doktorun təkcə həkim peşəsinə və Hippokrat andına bağlı məsələ deyil, Yaradana və onun yaratdıqlarına bağlılığın, sevginin əlamətidir.
Xəstəxana rəhbərliyinin insani keyfiyyətlərindən isə ürəkdolusu danışır. Xəstəxananın rəhbəri Pərviz Hacıyev, direktor müavini-baş həkimi Elçin Mustafayev yeni təyin edilsələr də, hər halda peşəkardırlar. Onların burada yaratdıqları yüksək şərait, zənnimizcə, bir çox tibb müəssisəsinə nümunə ola bilər. Çünki belə yüksək xarakterli tibb personalının çalışdığı yerdə məhz könül oxşayan şərait də olmalıdır.
Bir qələm sahibi, ziyalı kimi gördüklərindən məmnunluğunu bildirən Cəmil müəllim deyir ki, qayğılarını çəkməyi özlərinin borcları hesab edən kollektivin işi xoş amallara söykənir. Bir də ki, burada davranış qaydaları yalnız insanlıq duyğusu üzərində qurulub. Odur ki, onlar bütün xəstələrə xoş münasibət bəsləməklə, öz peşə borclarını yerinə yetirirlər. Anların, saatların necə sovuşduğunu hiss etmədiyini də dilə gətirir Cəmil müəllim. Sağlamlığına qovuşmaq üzrədir. Onlardan – ağxalatlılardan duyduğu insanlıq qayğısı onun həyat sevgisinə qol-qanad verir.
Tanrı xəstələrə şəfa verən pak qəlbli belə insanları qorusun!
Daşdəmir ƏJDƏROĞLU,
jurnalist-publisist








Son xəbərlər

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu

Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

Füzuli Şəhəri Günüdür

YAP Gənclər Birliyinə yeni sədr və müavinlər seçildi - FOTOLAR

Cəmi 6 gün öncə təyin edilmişdi - Keti vəzifədən gedir?

8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb

16 yaşlı oğlanın gözündən diş çıxdı - Fotolar

Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı

Nüşabə Şirin Qafanlı : Son bahara qoşul gəl.... - FOTO

Beşinci Gəncə terrorundan 6 il ötür

Alyona Əliyeva sərgidə - Fotolar

Dünya dağılır, yoxsa biz?

Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası

Türkiyəyə səs salan qətllə bağlı qərar - Aleyna bəraət aldı

BU VƏTƏN SƏNİN, MƏNİM, ONUN VƏ HAMIMIZINDIR - FOTO

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATININ LƏYAQƏT DƏSGAHI VƏ MƏNƏVİ ZİYADARLIQ TƏMƏLİ:

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Gözlədim qisməti, boyun olmadı - FOTO

Kimlərə qaldı? Söhbət kəlağayı sənətindən gedir - FOTO

Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031