Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.


Bəzən insan uzaqdan baxdığı bir mənzərəni düzgün qiymətləndirə bilmir. Uzaqlıq, məlumatın natamamlığı, eşitdiyimiz müxtəlif səslər, köhnə təsəvvürlər və stereotiplər bizi yanlış nəticələr çıxarmağa sövq edir. İnsanın bilmədən bir qurum və ya şəxs haqqında fikir formalaşdırması, sonra isə dərinliyə varanda həmin fikirlərin əksər hissəsinin yalnız görüntülərə söykəndiyini görməsi həyatın qanunudur. Gerçək həqiqətləri dərk etmək isə cəsarət tələb edir. Çünki yanlış fikirdən dönmək, doğru olanı etiraf etmək hər zaman asan olmur.
Mən də uzun müddət Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti barədə sərt tənqidlər yazanlardan olmuşam. Bu təşkilat haqqında əvvəlki yanaşmalarımın bir qismi köhnə informasiyalara, bir qismi isə ehtimallara əsaslanırdı. Son bir il yarım ərzində qurumda baş verənləri yaxından izləyib real nəticələrlə tanış olanda isə gördüm ki, düşündüklərimin mühüm hissəsi gerçək vəziyyəti əks etdirmirmiş. Etiraf edirəm ki, bu günə qədər müxtəlif fikirdə olmağımda yanılmışam. AHİK-də aparılan islahatlar, yeniləşən idarəetmə modeli və həyata keçirilən sosial layihələr haqqında obyektiv yazmağın zamanıdır.

2024-cü ilin avqustunda Sahib Məmmədovun AHİK sədri seçilməsindən sonra təşkilatın fəaliyyətində həm dinamika, həm də gözlə görülən dəyişikliklər müşahidə olunmağa başladı. Onun rəhbərliyində AHİK-də idarəetmənin səmərəliliyi artırıldı, struktur daha çevik və funksional hala gətirildi. Sahib Məmmədovun möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi sosial-siyasi kursa ləyaqətlə xidmət etməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi və sosial rifahın gücləndirilməsi istiqamətində dövlət siyasəti ilə həmrəng fəaliyyət göstərməsi bu sahədə aparılan işlərin səmərəsini artıran əsas amillərdəndir.
2025-ci ilin əvvəlində fəaliyyətə başlayan "Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi” işçilərin hüquqlarının qorunmasında əhəmiyyətli rol oynamağa başlayıb. İş yerlərində təhlükəsizlik standartlarının tətbiqi, əmək mübahisələrinin araşdırılması, hüquqi maarifləndirmə kimi istiqamətlərdə real nəticələr əldə olunub. Müraciətlərin artması da insanların təşkilata daha çox güvəndiyini göstərir.
"Sanatoriya-yollayış" sisteminin tam elektronlaşdırılması, şəffaf seçim mexanizmlərinin tətbiqi və "Kurort" Turizm İnformasiya Mərkəzinin fəaliyyəti həmkar üzvləri üçün mühüm rahatlıq yaradıb. Təkcə 2025-ci ilin ilk yeddi ayında 32 minə yaxın müraciətin təmin edilməsi bu sistemin artıq effektiv işlədiyini sübut edir. "Bilgəh", "Abşeron" və "Naftalan" sanatoriyalarında müasir tibbi avadanlıqların quraşdırılması, xidmət keyfiyyətinin artırılması isə sosial paketlərin real dəyərini yüksəldib.
AHİK-in fəaliyyətində diqqət çəkən yeniliklərdən biri də gənclərin və könüllülərin təşkilat işlərinə aktiv qoşulmasıdır. “AHİK Könüllüləri” proqramı və müxtəlif sosial layihələr həm gənclərin inkişafına, həm də həmkarlar ittifaqlarının müasir cəmiyyətlə əlaqələrinin güclənməsinə xidmət edir. Bu addımlar təşkilatın gələcək perspektivlərini daha da möhkəmləndirir.
Beynəlxalq əməkdaşlıq sahəsində də AHİK-in mövqeyi güclənməkdədir. Beynəlxalq Əmək Təşkilatı ilə imzalanmış Layiqli Əmək Proqramı, xarici həmkar təşkilatlarla genişlənən əməkdaşlıq xətti həm qurumun nüfuzunu, həm də fəaliyyət imkanlarını genişləndirir.
Qeyd etmək lazımdır ki, bu dəyişikliklərin hamısı cəmiyyətdə bəzən görünmür. Bəzi insanlar köhnə stereotiplərin təsirindən çıxmadığı üçün yeni reallıqları tam görə bilmir. Amma fakt odur ki, AHİK-də işlər bu gün yüksək səviyyədə həyata keçirilir, sistemli şəkildə aparılan yeniliklər isə gələcəkdə daha böyük nailiyyətlərə yol açacaq.
Bu mənzərəni görərək düşünmək lazımdır ki, biz də — cəmiyyət, media, ictimai dairələr bu proseslərin daha da sürətlə inkişaf etməsi üçün dəstək olmalıyıq. Çünki sosial tərəqqi yalnız bir qurumun fəaliyyəti ilə deyil, ümumi həmrəylik və obyektiv yanaşma ilə formalaşır. Biz konstruktiv münasibət göstərməklə, görülən işləri dəyərləndirməklə bu inkişafın özümüz də bir parçasına çevrilə bilərik.
Dekabr ayında AHİK-in qurultayı keçiriləcək. Bu qurultay təşkilatın gələcək inkişaf strategiyasını müəyyən edəcək vacib hadisədir. Təşkilat üzvlərinin həmrəyliyi, birliyi və məsuliyyətlə qərar verməsi dövlətçilik prinsiplərinə və həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə xidmət edəcək. Hamımızın məqsədi birgə çalışmaq, AHİK-in gördüyü işləri daha da gücləndirmək və sosial rifahın artırılmasına töhfə verməkdir.
Mən də bu istiqamətdə aparılan işlərdə onlara uğurlar arzulayıram. Əminəm ki, yaxın illərdə həm AHİK-in fəaliyyəti, həm də işçi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərin səmərəsi daha aydın görünəcək.


Son xəbərlər

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930