Almaniyadan Türkiyəyə səfər edən dördnəfərlik ailənin İstanbulda baş verən faciəvi ölümü Türkiyə gündəmində rezonans yaradıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, ailə 9 noyabrda İstanbulun Fatih rayonundakı hoteldə yerləşdikdən sonra 11 noyabrda Ortaköydə səyyar satıcıdan midye, daha sonra isə restorandan müxtəlif yeməklər alıb. Həmin gecə ana Çiğdem Böcek üçyaşlı qızının hərəkətsiz olduğunu görüb və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Ailənin bütün üzvləri xəstəxanaya aparılsa da, iki azyaşlı uşaq və ana tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Ata Servet Böcek isə süni nəfəs aparatında müalicə olunur.

İlkin araşdırmalar zamanı həm qida zəhərlənməsi, həm də hoteldə həyata keçirilən dərmanlama şübhəsi üzərində dayanılıb. Hotelin bir otağında 11 noyabrda kimyəvi dərmanlama aparıldığı müəyyən edilib və istifadə edilən maddələrin insan sağlamlığı üçün təhlükəli ola biləcəyi ehtimalı irəli sürülüb.

Sağlamlıq və Kənd Təsərrüfatı idarələrinin mütəxəssisləri dərmanlama zamanı tətbiq olunan maddələrdən nümunələr götürərək laboratoriyaya göndərib. Eyni zamanda ailənin qida qəbul etdiyi obyektlərdən də nümunələr götürülüb.

Hadisə ilə bağlı hotelin bir əməkdaşı, dərmanlama şirkətinin iki əməkdaşı və ailənin qida aldığı məkanlarla bağlı dörd nəfər daxil olmaqla ümumilikdə 7 nəfər saxlanılıb. Araşdırmalar çərçivəsində hotel tam şəkildə möhürlənib və bütün müştərilər təxliyə edilib.

İstanbul Vilayət Sağlamlıq Müdiri Abdullah Emre Güner bildirib ki, eyni hoteldə qalan iki turist də bu gün zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib və vəziyyətləri stabildir. Üçüncü şəxsin isə müşahidə altında saxlanıldığı açıqlanıb.


Son xəbərlər

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930