Dövlət başçısı: "Koronavirus yoxa çıxmayıb və çıxmayacaq""Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq".


"Turaztv.az" Axeber.az -a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: "Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir.

Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın".

Son xəbərlər

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı

Türkiyə bu ölkəyə ordunu yenidən qurmağa kömək edəcək

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

Füzuli sakinini ildırım vurub öldürdü

Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək

İctimai nəqliyyatda ödənişlə bağlı YENİLİK: Aylıq və illik PAKETLƏR GƏLİR

Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb

Goranboyda sel fəsadlar törətdi - FOTO

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar

Paytaxtın bu ərazisində işığın verilməsində fasilə yaranacaq

Bakının 4 rayonunda qaz kəsiləcək

Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə özünü müdafiə hüququnu təsdiqləyib

Türkiyəli ekspert: WUF13 Bakının qlobal şəhərsalma dialoqunda artan rolunu nümayiş etdirdi

"Ermənistan dəmir yolunu özü bərpa edəcək" - Paşinyan

İzzət oğullarının fotosunu paylaşdı

Sürücü sükan arxasında öldü - Avtomobil obyektə çırpıldı

Sezon finalını tezləşdirdilər

SÖZÜN İŞIĞINDA OXUCULARIMLA GÖRÜŞÜN UNUDULMAZ SEVİNCİ - FOTO

“Uzun müddət tapdanmış əllərimə qələm götürməyə utandım...”

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031