Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin və YAP Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova, Rizvan Nəbiyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.

Zəfərimizin 5-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edən RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörən siyasəti sayəsində Vətən Müharibəsində xalqımız qalib gəldi. Şəhidlərimizin və ümumilikdə ordumuzun şücəti ilə düşmən döyüş meydanında diz çökdürüldü və bununla da 30 illik vətən həsrətinə son qoyuldu. İşğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtmasından, azad, təhlükəsiz şəraitdə yaşamağa başlamasından danışan RİH başçısı ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına böyük diqqət və qayğının göstərildiyini və bu qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev də çıxış edərək bildirib ki, respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilir. Bu bayramın xalqımız üçün xüsusi yerə, xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən təşkilat sədri əlavə edib ki, Zəfər bayramı Azərbaycan igidlərinin döyüş meydanında sərgilədiyi qəhrəmanlıqların təcəssümüdür.

Milli Məclisin deputatı Nigar Məmmədova Zəfər bayramının əhəmiyyətindən danışaraq qeyd edib ki, bu qələbə ilə Azərbaycan xalqı bölgəyə sülh və əmin amanlıq gətirdi. Regionumuzun siyasi baxışı dəyişdi. Artıq bölgəmizdə yeni böyük imkanlar və logistik fürsətlər yaranıb.

Milli Məclisin deputatı Rizvan Nəbiyev də çıxış edərək bildirib ki, Azərbaycan Vətən Müharibəsində qalib gəlməklə regionun siyasətini sülhə, bərabərliyə doğru dəyişib. Xalqımız “Dəmir yumruq” ətrafında sıx birləşərək vətənimizin ərazi bütövlüyünü, suverenliyimizi tam bərpa etdi.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə Vətən Müharibəsi qəhrəmanı, şəhid Orxan Əkbərovun övladı Çingiz Əkbərovun və Vətən Müharibəsi şəhidi Fərid Məmmədovun övladı Fuad Məmmədovun doğum günləri təbrik edildi, onlara müxtəlif hədiyyələr təqdim olundu.

Bundan sonra tədbirin bədii hissəsi başlayıb. Bədii hissədə ölkəmizin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə vətənə, qələbəmizə həsr olunan mahnılar səsləndirilib.







Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930