Abşeron rayonunda 15 sentyabr - Bilik Günü qeyd edilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva iştirak edib.

Həmçinin Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, birinci sinifə qədəm qoyan və ali məktəblərə daxil olan şəhid övladları, ali məktəblər üçün keçirilən imtahanlarda yüksək nəticə göstərən abşeronlu abituriyentlər, şəhid ailələri, təhsil ocaqlarının direktorları və valideynlər də iştirak edib.

15 Sentyabr - Bilik Gününə həsr olunmuş tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bu il birinci sinifə qədəm qoyan və ali məktəbə daxil olan şəhid övladlarını, o cümlədən yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olunmuş gəncləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Ölkəmizdə təhsilin inkişafı daima dövlətin prioritet sahələrindən olduğunu vurğulayan RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman təhsil sahəsinə böyük diqqət və qayğı göstərib.

Əsası Ulu Öndər tərəfindən qoyulan təhsil siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan A.Fərzəliyev əlavə edib ki, ölkəmizdə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı istiqamətində çoxsaylı layihələr icra olunmaqdır.

Qeyd edilib ki, Heydər Əliyev Fondu ölkəmizdə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra iri layihələri uğurla gerçəkləşdirir.

Milli Məclisin deputatı Nigar Məmmədova təhsildə uğurlar qazanan abituriyentləri təbrik edərək bildirib ki, Azərbaycan dövləti gənclər üçün, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük imkanlar və fürsətlər yaradıb. Hər bir gəncin bu imkanlardan maksimum yararlanmalı olduğunu vurğulayan deputat qeyd edib ki, öyrəncilər hərtərəfli biliyə malik kadrlar kimi hazırlanmağa diqqət yetirməlidirlər, çünki müasir dövr hazırda bunu tələb edir.

Deputat Rizvan Nəbiyev bildirib ki, ölkəmizdə təhsilin inkişaf etdirilməsi istiqamətində olduqca mühüm addımlar atılır və gənclərimizin yüksək təhsil almaları, elmə yiyələnmələri üçün bütün lazimi şərait formalaşdırılıb. Yaradılan şərait imkan verir ki, gənclərimiz müasir dövrün tələblərinə uyğun formada inkişaf etsinlər.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Abşeron rayonunda təhsil üzrə nəticələrin ildən-ilə yaxşılaşdığını, rayon üzrə yeni məktəblərin tikildiyini, orta ümumtəhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, bu il də yeni inşa olunan məktəblərin açılışının ediləcəyini qeyd edib.

Sonra Xırdalan şəhər 3 saylı tam orta məktəbin müəllimi, Vətən Müharibəsi şəhidi Vüqar Heydərovun həyat yoldaşı Ülkər Heydərova çıxış edərək, gəncləri vətənpərvərlik ruhunda yetışmələrinin vacibliyini qeyd edib, hər zaman vətənimizi ən yüksək səviyyətə təmsil etməyə, onu qorumağa və inkişafı üçün əlindən gələn hər şeyi etməyə çağırıb.

Daha sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın yeni tədris ilində 1-ci sinifə gedəcək və universitetə qəbul olan əmanət övladları, həmçinin Abşeron rayonu üzrə yüksək bal toplaya abituriyentlər təbrik edilərək gələcək həyatlarında uğurlar arzulanıb, xatirə şəkilləri çəkilib.







Son xəbərlər

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

MƏMMƏD QƏDİR : Qocalar evinə atmayın məni - FOTO

Aİ-nin siyasi rəhbərliyi İrəvandadır

"Kayıp zaman"da rol alacaq - FOTO

Kanye Uest konserti üçün stadion tikəcək

Yelkən idmanı üzrə “Prezident Kuboku 2026” başa çatdı - Fotolar

Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - FOTO

“Zirə”dən çətin qələbə

Makron Ermənistana səfər etdi

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

Nəsrin Cavadzadənin toyudur

Prezidentin qızları Beynəlxalq Xalça Festivalında - Fotolar

Rezidentura imtahanı keçirildi

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

Məşhurlar "Bakı Marafonu 2026"da - FOTOLAR

Həftənin ilk günü hava necə olacaq?

Melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib -Araşdırma

Sənubər Səhər : Halımızın savaşı

Azərbaycanın bəzi rayonlarında yağış yağır – FAKTİKİ HAVA

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

Bu gün Ümumdünya Günəş Günüdür

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031