Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 56-cı illiyi qeyd edilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsi önünə çiçəklər düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.Tədbirdə Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri birdəqiqəlik sükutla yad edilib.

İcra başçısı Abdin Fərzəliyev çıxış edərək Ümummilli Liderin respublikamızın inkişafındakı və bir dövlət kimi məhv olmaq təhlükəsinin aradan qaldırılmasındakı misilsiz xidmətlərindən ətraflı danışıb. RİH başçısı Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixindən başlayaraq ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışıb, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edərək vurğulayıb ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.

Daha sonra Vətən müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə çıxış edərək xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən danışıb, müdrik siyasətçinin hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar əldə olunduğunu qeyd edib.








Son xəbərlər

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31