44 günlük Vətən Müharibəsinin ilk günü – 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi və uzaqgörənliyi, yenilməz ordumuzun döyüş əzmi, əsgər və zabitlərimizin şücaəti, xalq-iqtidar birliyi sayəsində Azərbaycan ilahi ədaləti bərpa etdi, düşmən tapdağında olan torpaqlarımız azad edildi, respublikamızın suverenliyi və ərazi bütövlüyü tam bərqərar oldu.

Əsgərlərimizin qəhrəmanlıqları, müjdə dolu xəbərləri ilə tariximizə həkk olunan bu şanlı 44 gündə işğalçıları sərhədlərimizdən qovmağı bacararaq gücümüzü və haqq səsimizi bütün dünyaya göstərə bildik. Xalqımız qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirərək şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini daim uca tutur.

Bu gün Abşeron rayonunda da Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimiz dərin ehtiramla anılıb. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər.

Anım Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan və Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti, ordumuzun şücaəti ilə xalqımızın qələbə qazandığını bildirib. Bununla da Azərbaycanımızın ərazi bütövlüyünün və süverenliyimizin tam bərqərar olunuğunu, Qarabağa yenidən həyatın qayıtdığını söyləyən RİH başçısı hazırda işğaldan azad olunan ərazilərdə soydaşlarımızın azad və firavan yaşadığını bildirib.

Sonra Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini bundan sonra daima fəxr və iftixar hissi ilə xatırlayacaq. Bu şanlı tarixin hər zaman böyük fərəh və iftixar hissi ilə öyrəniləcəyini vurğulayan çıxışçılar bildirib ki, Vətən Müharibəsində qazanılan qələbə ilə Azərbaycan öz adını qalib ölkələr sırasına yazdırıb.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək şanlı qələbəmizdən, Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaətdən söz açıblar. Onlar qazanılan qələbəyə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra Anım Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsinə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında, o cümlədən rayonun digər kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib.

27 sentyabr - Anım Günü ilə əlaqədar Abşeron rayonunun kənd və qəsəbələrində yerləşən bütün şəhidlər xiyabanlarında və xatirə komplekslərində abadlıq işləri görülüb, şəhidlərimimiz ziyarət edilərək xatirələri yad edilib.























Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930