Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-a Dövlət Xidmətindən bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə, o cümlədən Xidmətin 44 günlük Vətən müharibəsində gördüyü işlərə həsr olunmuş videoçarxa baxılıb.

XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışı zamanı 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli qürur tarixinin şanlı səhifəsi olduğunu vurğulayaraq, bu münasibətlə şəxsi heyəti təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasını təşkil edib.

General-leytenant İlqar Musayev bildirib ki, müasir müharibələr təkcə döyüş meydanında aparılmır — informasiya axınlarının idarə edilməsi, rabitə şəbəkələrinin dayanıqlılığı və kibermühitin qorunması da strateji əhəmiyyət daşıyır. 44 günlük Vətən müharibəsi bir daha nümayiş etdirdi ki, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlətin müdafiə sisteminin ayrılmaz və həlledici hissəsidir.

Tədbirdə, həmçinin son beş il ərzində XRİTDX tərəfindən həyata keçirilmiş işlər və yeni təhlükəsizlik reallıqlarına uyğun qarşıda duran vəzifələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkənin strateji informasiya və rabitə təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət sistemli şəkildə davam etdirilir.

Sonda Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən Xidmətin 8 zabitinə “Hərbi Xidmətlərə görə” medalları təqdim olunub.

Məlumat üçün bildiririk ki, Vətən müharibəsi başladığı ilk gündən – 27 sentyabr 2020-ci il tarixindən etibarən XRİTDX-in 10 əməkdaşı və podratçı şirkətlərin 40 əməkdaşı xüsusi nəqliyyat və texnika ilə cəbhə bölgələrinə ezam edilib, işğaldan azad olunan ərazilərdə fiber-optik rabitə xətlərinin çəkilişi və xüsusi rabitə avadanlıqlarının quraşdırılması operativ şəkildə həyata keçirilib.

Döyüşlərin ən gərgin mərhələlərində etibarlı xüsusi radiorabitəni təmin etmək üçün 29 ədəd “TETRA” baza stansiyası döyüş zonalarında istifadəyə verilib, bu stansiyaların mühüm hissəsi XRİTDX mütəxəssisləri tərəfindən xüsusi hərbi nəqliyyat vasitələri üzərində quraşdırılıb. Pandemiya ilə əlaqədar təchizat və logistika sahələrində çətinliklərinə baxmayaraq, Xidmət tərəfindən qısa müddətdə 500 ədəd yeni xüsusi şifrəli radiostansiya ölkənin güc strukturlarına təqdim edilib.

Həmçinin Müdafiə Nazirliyinin müraciətinə əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrinə “Bayraktar” və digər müasir tipli uçuş aparatlarının etibarlı və fasiləsiz idarə edilməsi üçün Xidmət tərəfindən qısa müddət ərzində fiber-optik kabellər çəkilmiş və həmin avadanlıqlar Müdafiə Nazirliyinin mövcud rabitə şəbəkəsinə inteqrasiya edilib. Cəbhə xətti boyunca düşmən tərəfindən zədələnmiş rabitə xətləri operativ şəkildə bərpa edilmiş, işğaldan azad olunan ərazilərə 20 km-dən artıq yeni fiber-optik kabel çəkilib.

Müharibə dövründə kibermühitdə yaranan təhdidlər Xidmət daxilində yaradılmış 24/7 rejimdə fəaliyyət göstərən xüsusi işçi qrup tərəfindən davamlı monitorinq edilib. Dövlət informasiya resurslarına 3 minə qədər kiberhücum cəhdi qeydə alınsa da, vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində onların qarşısı tam şəkildə alınıb.

Son xəbərlər

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930