Xəbərlər
6.11.2025, 00:00
ŞAMAXI ZƏLZƏLƏSİ - FOTOLAR
QIZBƏS QƏBƏLƏ
Yer-yerindən oynadı,
Bircə göz qırpımında.
Xarabaya çevirdı,
Şamaxını bir anda.
Batdı yerin təkinə,
O boyda qədim şəhər.
Yazdıqca əsir əlim,
Bogur məni bir qəhər.
Evlər, karvansaralar,
Ucub, yerlə bir oldu.
Küçələr, meydançalar,
Meyit, cəsədlə dolu.
Uğuldadı yer,cahan,
Daş üstə,daş qalmadı.
Belə qorxunc hadisə,
Heç dünyada olmadı.
Minarələr yıxılıb,
Toz -dumana qarışdı,
Qala divarları da,
Kökündən qopub,aşdı.
Məzar oldu hamıya,
Öz isti yataqları.
Qopurdu məhvərindən,
Məscidlərin tağları.
Hamamlar, qalaçalar,
Bir andaca yox oldu.
Baqqal dükanlarında,
Can verənlər çox oldu.
Şumlanırdı elə bil,
Nəhəng xış ilə cahan.
Daşlara, divarlara,
Çilənirdi qızıl qan.
Bazar küçələrində,
Yaranmışdı yarğanlar,
Fəryadla zarıyırdı,
Dağıntıda qalanlar.
Burda sanki qəh-qəhə,
Çəkirdi iblis özü.
Bunu təsvir etməyə,
Söz tapmıram mən düzü.
Bax belə viran oldu,
Düz üç dəfə Şamaxı.
Necə danışım deyin,
Həyəcansız mən axı ?
Boşaldı böyük şəhər,
Köç etdi sağ qalanlar.
Taleyindən ən ağır,
Əzablı dərs alanlar.
Üz tutdular Bakıya,
Doldu, daşdı bu şəhər,
Bakı bu adamlara,
Qucaq açdı bir təhər.
Gör nələr yaşamayıb,
Bəlalı xalqım mənim.
Bu dərdi yaşamasın,
Birdə gözəl Vətənim!
Bircə göz qırpımında.
Xarabaya çevirdı,
Şamaxını bir anda.
Batdı yerin təkinə,
O boyda qədim şəhər.
Yazdıqca əsir əlim,
Bogur məni bir qəhər.
Evlər, karvansaralar,
Ucub, yerlə bir oldu.
Küçələr, meydançalar,
Meyit, cəsədlə dolu.
Uğuldadı yer,cahan,
Daş üstə,daş qalmadı.
Belə qorxunc hadisə,
Heç dünyada olmadı.
Minarələr yıxılıb,
Toz -dumana qarışdı,
Qala divarları da,
Kökündən qopub,aşdı.
Məzar oldu hamıya,
Öz isti yataqları.
Qopurdu məhvərindən,
Məscidlərin tağları.
Hamamlar, qalaçalar,
Bir andaca yox oldu.
Baqqal dükanlarında,
Can verənlər çox oldu.
Şumlanırdı elə bil,
Nəhəng xış ilə cahan.
Daşlara, divarlara,
Çilənirdi qızıl qan.
Bazar küçələrində,
Yaranmışdı yarğanlar,
Fəryadla zarıyırdı,
Dağıntıda qalanlar.
Burda sanki qəh-qəhə,
Çəkirdi iblis özü.
Bunu təsvir etməyə,
Söz tapmıram mən düzü.
Bax belə viran oldu,
Düz üç dəfə Şamaxı.
Necə danışım deyin,
Həyəcansız mən axı ?
Boşaldı böyük şəhər,
Köç etdi sağ qalanlar.
Taleyindən ən ağır,
Əzablı dərs alanlar.
Üz tutdular Bakıya,
Doldu, daşdı bu şəhər,
Bakı bu adamlara,
Qucaq açdı bir təhər.
Gör nələr yaşamayıb,
Bəlalı xalqım mənim.
Bu dərdi yaşamasın,
Birdə gözəl Vətənim!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



