İQOR KŞNYAKİN
( Bu gün Azərbatcanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür )

Qəhrəmanlar anadan qəhrəman doğulurlar,
Təmiz olur damarda dolaşan al qanları.
Bəlkə də bircə anda, bax beləcə olurlar,
Fəda olur Vətənə sevgi dolu canları.

Bənzəri yoxdur onun hünərinin dünyada,
Misilsiz cəsarəti bir anda dastan oldu.
Bu məşum hadisədə özü həlak olsa da,
Ölümdən qurtardığı neçə-neçə can oldu.

Yox ! O qıya bilməzdi günahsız insanlara,
Çarpışdı var gücüylə qartal kimi göylərdə.
Baxıb imdad diləyən,kömək uman canlara,
Varlığı silkələndi,ürəyi düşdü dərdə.

İllərdir səmalarda şahin kimi süzərək,
Milyon-milyon insanı çatdırmışdı məkana.
O bu polad gəmiylə göy üzündə üzərək,
Mərdcə xidmət etmişdi doğma Azərbaycana.

İndi də həyəcansız,təmkinli olmalıydı,
Ona əmanət idi bu çarəsiz adamlar,
İlahi,necə çətin,necə ağır halıydı,
İmtahan edilirdi o gün arzular-kamlar.

Adi qəzaydımı bu,yoxsa qanlı cinayət?
Zaman azdı bunları düşünməyə, çözməyə.
Endirir təyyarəni,o bir təhər...nəhayət,
Bəlkə də son cəhdiydi,qərar idi ölməyə.

Başqa çarə yox idi, ümidlər tükənmişdi,
Yorulmuşdu özü də,pilot dostu Saşa da.
Bu elə gözlənilməz,çox qorxulu bir işdi,
İqor necə vurnuxdu insanları yaşada.

Son dəfə qulaq asdı Hökumənin səsinə:
- Hamı yerinə keçsin, hər şey yaxşı olacaq!
Döndü bu səs qəlbində bir nicat kəlməsinə,
Təəssüf olsun ki hər şey yaxşı olmadı,ancaq...

Bir andaca alovlar bürüdü təyyarəni,
Dəydi zərb ilə yerə nəhəng səma gəmisi.
Yazdıqca qəlbim yanır,bir hüzn boğur məni,
Sağ qurtulur qəzadan on bir nəfər -cəmisi...

Son xəbərlər

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Modellikdən sonra filmə çəkilir...

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930