Əxlaq insanın daxili aləminin ən incə tellərinə toxunan, vicdanın işığında böyüyən, hər davranışın və sözün mənasının dərk edildiyi müqəddəs bir məkandır. İnsan yalnız cismani varlıq deyil; o, ruhani məsuliyyət daşıyan, hər hərəkətində haqqı və doğru olanı seçməyə çağırılan bir varlıqdır. Bu çağırışın mərkəzində haram və halal dayanır. Haram və halal sadəcə dini anlayışlar deyil, vicdanın işığıdır; hər biri insanın ruhunu əks etdirən bir güzgüdür. Halal insanın haqqıyla əldə etdiyi, səmimi və təmiz əməllərin nişanəsidir; haram isə vicdanın sarsıldığı, iç aləmin sarsıldığını göstərən bir əyilmədir. İnsan həyatında haramın yeri varsa, o, qısa bir zövq və fayda üçün ruhunu satmış olur; halalın yolunu seçən isə hər addımda əmin-amanlıq, daxili sükunət və ilahi ədalətin dadını hiss edir.
Söz vermək və verdiyi sözü tutmaq isə əxlaqın ən incə, ən müqəddəs nüanslarından biridir. Söz yalnız dilin ifadəsi deyil; ruhun, vicdanın bir əksidir. Verdiyimiz söz vicdanla verilmişdirsə, bu bir borcdur, bir əxlaqi öhdəlikdir. Sözü pozmaq yalnız başqasına deyil, öz vicdanına xəyanətdir. Vicdan isə haqqı, doğru olanı və halal yolu tanıyan sarsılmaz bir işıqdır. İnsan bu işığı gözdən qaçırdıqda yalnız özünü alçaldır, həyatın mənasından uzaqlaşır.
Haram və halalın, sözün tutulmasının əhəmiyyəti yalnız dini deyil, həm də sosial və mənəvi ölçüdə böyükdür. Bu prinsiplər insanın toplum içindəki hörmətini və özünə olan hörmətini müəyyən edir. Verdiyi sözə sadiq olan insan həm vicdanlı, həm etibarlı, həm də nümunəvi olur; sözünü pozan isə özünü və etibarı sarsıdır. Bu səbəbdən vicdan borcu yalnız başqalarına qarşı deyil, özünə qarşı da müqəddəs bir öhdəlikdir.
Haram və halal, sözün tutulması və vicdanın səsi insan həyatının ən möhkəm dayaqlarıdır. Halaldan gələn rahatlıq və təmizlik, dürüst sözün ardınca gələn etibar və səmimiyyət ruhun dərinliyində əsl səadət mənbəyidir. İnsan bu prinsiplərə əməl etməklə yalnız fərdi mənəvi zənginlik qazanmaz, həm də cəmiyyət üçün örnək olur. Bu yolla insan həqiqi sükunət, əmin-amanlıq və mənəvi zənginliyə çatır.
Beləliklə, əxlaqın əsası haramdan uzaq olmaq, halalın yolunu tutmaq və verdiyi sözü vicdanla qorumaqdır. İnsan yalnız bu yolla özünü tamamlayan, ruhunu ucaldan və həyatına dərin mənəvi zənginlik gətirən bir varlıq ola bilər. Vicdan borcu, həyat boyu qorunması gərəkən müqəddəs bir öhdəlikdir. Hər bir səmimi söz, hər halal əməl və hər doğru seçim insanın ruhunu işıqlandırır, onu daxili sükunətə və həqiqi əmin-amanlığa aparır. Əxlaqın işığı altında hər addımını atan insan, yalnız öz həyatını deyil, ətrafındakı dünyanı da daha ədalətli, daha gözəl və daha insanlıq dolu bir məkana çevirir. Haramın sarsıdıcı kölgələrindən uzaq durmaq, verdiyi sözü vicdanla qorumaq, hər birimizin ruhani və əxlaqi zənginliyinə aparan yeganə yol olaraq qalır.
Və unutmayaq ki, vicdan bir gün sakitcə pəncərəmizə dayanacaq və soruşacaq: “Sən sözünü, əxlaqını, halalı və doğru yolu qorudunmu?” Hər dürüst addımımız, hər vicdanla verilmiş sözümüz bir ulduz kimi gecəmizi işıqlandıracaq; haram və sadiqsizlik isə yalnız qaranlıq kölgələr buraxacaq. İnsan yalnız əxlaqın işığı ilə parlayar, vicdanının səsi ilə ucalar və sözünü qoruyaraq öz ruhunu əbədi zənginləşdirər.

✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi təhlil-tənqidçi. Şair-publisist.
26.10.2025

Son xəbərlər

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

Bakıda bu binalar söküləcək - Sakinlərə veriləcək məbləğ açıqlandı

Ardıcıl üçüncü dəfə həmin mükafatı qazandı

2026-cı ilin sözü seçildi

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib

Məhəmmədhaqqı AĞAYEV - 70

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO

“Bugs Bunny”nin “səsi” vəfat etdi

Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub

Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Qəşəm NƏCƏFZADƏ : Salam, Dar ağacı - FOTO

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

“Evlənməyə vaxtımız yoxdur”

Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq

Sözünün əvvəli də Şakir idi, sonu da…

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031