“Hamı üçün yaxşı oyun alındı. Əlbəttə, istərdik ki, məğlub olmayaq. Buna şanslarımız da var idi, amma sona kimi mübarizə apardıq”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik”ə qarşı keçirdikləri matçdan sonra baş tutan mətbuat konfransında səsləndirib:

“Oyunçularım bunu bacardılar. Futbolçularım üçün heç də asan deyildi. Sona kimi tempi qoruyub-saxladılar. Oyundan əvvəl dediklərimizin canlı şahidi olduq. Onların qarşısında möhkəm durdular.

2:1-dən sonra daha çox risklərə getdik. Sonda standart vəziyyətdən qol buraxdıq. Getdikcə rəqiblər böyüyür, məsuliyyət artır. Çünki hər turdan sonra istənilən rəqib qalib gəlib xallarını çoxaltmaq istəyəcək. Buna hazır olmalıyıq. Yenə də çalışacağıq intizamlı oynayıb, çəkinmədən mübarizə aparaq”.

Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Oyunu “Benfika” ilə keçirilən matçla müqayisə etsəniz, matçda nə çatmadı? Şans gətirmədi, yoxsa rəqib daha güclü idi?

- Fikrimi oyuna baxdıqdan sonra daha yaxşı bildirə bilərəm. Amma komanda həm topla, həm də topsuz təzyiq göstərməyi bacardı. Oradakı geridönüş burada da təkrarlana bilərdi. Rəqibin ustalıq keyfiyyəti bizdən bir az yuxarı idi. Bəlkə burada komandamıza daha çox təzyiq var idi.

- Oyunun qırılma nöqtəsi hansı epizod idi?

- İkinci qolu buraxıb qapında qol görəndə istər-istəməz futbolçularda qismən inam itir. Buna baxmayaraq geri çəkilmədik. Daha çox hücumda olub inamlı oynamağa başladıq. Məğlubiyyəti özümüzdə axtarmağa çalışıram. Bəzi epizodlar var ki, orada daha soyuqqanlı və dəqiq olmaq lazım idi. Onlar üçün rahat idi. Çünki onlar il boyu bu dinamikada oynayırlar. Bizim ölkə çempionatına nəzər salsaq, belə oyunlara hazırlıq o qədər də yüksək səviyyədə keçmir.

Bəlkə də, penalti epizodu ola bilərdi. Bəziləri dedi, var idi, bəziləri dedi yox. Düzdür, mən özüm görməmişəm.

Bəlkə də, bu gün məğlubiyyətə daha çox layiq idik.

- Komandanın uğurlu çıxışını davam etdirmək və oyunçuları tempdə saxlamaq nə dərəcədə çətindir? Çünki qarşıdakı rəqiblər daha güclü olacaq.

- Əfsus ki, bəzən belə sürətli oyunlarla və məşqlərlə futbolçunun formasını yaxşılaşdırırsan. Hazırda dünya futbolunda da bu belədir. Oyunçunun nə yaxşı istirahətə, nə də yaxşı məşqə vaxtı olur. Azarkeş daha sürətli futbola baxmaq istəyir. Bizdə isə neçə illərdir təcrübədə çalışırıq ki, hansısa detallarla futbolçuların formasını yaxşılaşdıraq. Oyundan-oyuna sürəti saxlamağa çalışmalıyıq. Çünki öz çempionatımızda belə azarkeş təzyiqi, mübarizə yoxdur. Bəzən motivasiya, bəzən tapşırıq hərdən isə Bakıdakı azarkeş dəstəyi ilə sürətimizi qoruyub-saxlamağa çalışırıq. Amma heç də asan deyil.

- “Atletik”ə oyun planında uduzmurduq, amma matçda məğlub olduq. Sizcə bu niyə baş verdi? Bir də Nərimanla Elvinin sanki diqqəti əksik idi.

- Rəqibin oyunçularının ustalığı bizi bir az üstələyirdi. Biz daha çox qalib gəlmək istəyirdik. Çünki istər Azərbaycanda, istərsə də Avropada o marağı görürdük. Bu gün qələbə bəlkə də onların haqqı idi. Bu böyük oyunlardır. Bir də görürsən kiçik bir epizod səni məğlubiyyətə aparır.

Qaldı ki, oyunçulara yerli futbolçularımızı böyütmək, onlara güvənmək istəyirik. Elvin, Nəriman, Bəhlul və Toralla rəqibə təzyiq göstəririksə, deməli, onlara inanıb güvənməliyik. Bir oyunçuya il boyu təzyiq varsa, o çıxıb meydanda özünü idarə edə bilirsə, çox böyük iş görür. Nərimana son vaxtlar o qədər böyük təzyiq var ki, adamın 21 yaşı var. Mən məşqçi kimi onun yanında olmalı, potensialını açmağa çalışmalıyam. Zədə alanadək Nəriman bizim qruplara düşməyimizdə ən böyük pay sahiblərindən biri olub. Azarkeşlərə haqq qazandırıram onlar ilk məndən, sonra isə kollektivdən daha artığını gözləyirlər.

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930