Xəbərlər
22.10.2025, 15:33
ƏMANƏTİM VAR - FOTO
Əzizə Ağahüseynqızı
Şairə-publisist
Bu gün sənin doğum günün..22 oktyabr..bizsiz tamam olan 68 yaşın mübarəkdir.. bu gün hava da tutqun, kədərlidir, sənsiz qalan balaların kimi..((
Şairə-publisist
Bu gün sənin doğum günün..22 oktyabr..bizsiz tamam olan 68 yaşın mübarəkdir.. bu gün hava da tutqun, kədərlidir, sənsiz qalan balaların kimi..((
ƏMANƏTİM VAR
("Dədə Qorqud" qəbristanlığında dəfn olunan ömür- gün yoldaşim Şamo Orucova)
Dədəm Qorqud, yarım səndə uyuyur,
Qoy saxlasın bir əmanət, ağuşun.
Əzəlindən kəm gəlibdi taleyi,
Toxunmayıb gəvəsinin naxışı.
Əkmirsənsə özun dedin xeyri nə?
Bu torpağı qorumasan seyri nə?
Bir dən kimi basdırmışam, ayrı nə?
Cücərdəcək, odur gəlir yağışı.
Hər işində "yox" cavabı yaşadı,
Tanrısına qul savabı yaşadı,
Bu dünyada gor əzabı yaşadı,
Buludlanıb, şimşəklənib baxışı.
Qol qaldırıb oynamadı boyunca,
Əcəl aldı baş yasdığa qoyunca,
Bu dünyadan kam almadı doyunca,
Yeri, göyû yandıracaq çaxışı.
Qoy saxlasın bir əmanət, ağuşun.
Əzəlindən kəm gəlibdi taleyi,
Toxunmayıb gəvəsinin naxışı.
Əkmirsənsə özun dedin xeyri nə?
Bu torpağı qorumasan seyri nə?
Bir dən kimi basdırmışam, ayrı nə?
Cücərdəcək, odur gəlir yağışı.
Hər işində "yox" cavabı yaşadı,
Tanrısına qul savabı yaşadı,
Bu dünyada gor əzabı yaşadı,
Buludlanıb, şimşəklənib baxışı.
Qol qaldırıb oynamadı boyunca,
Əcəl aldı baş yasdığa qoyunca,
Bu dünyadan kam almadı doyunca,
Yeri, göyû yandıracaq çaxışı.
10.10.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

