Xəbərlər
22.10.2025, 01:37
London öz qoşunlarını İsrailə göndərdi
Yüksək rütbəli zabitin başçılıq etdiyi Britaniya hərbi komandası İsrailə yola düşüb.
“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, bu haqda Britaniyanın müdafiə naziri Con Hili məlumat verib.
Nazirin sözlərinə görə, Britaniya Qəzza zolağında atəşkəsə nəzarət etmək üçün beynəlxalq səylərə kömək edəcək. Hili qeyd edib ki, Birləşmiş Ştatların tələbi ilə Britaniya ordusuna rəhbərlik etmək üçün general-mayor zabit təyin edilib.
O, Qəzzadakı Mülki-Hərbi Koordinasiya Mərkəzinə cavabdeh olan amerikalı komandirin müavini olacaq. Hili Londonun regionda sülhün bərqərar olmasında mühüm rol oynamaq niyyətində olduğunu vurğulayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay