QIZBƏS QƏBƏLƏ,
şairə - publisist


MURAD AKMAN

( Bu oğlanın adı Murad Akmandır. Doğulanda ailəsi tərəfindən zibil yeşiyinə atılır.Uşaq evində böyüyür.Əsgərliyini komandos olaraq yerinə yetirir.Bütün maaşını uşaq evinə köçürür. Bir ağır əməliyyatdan qabaq məktub yazlb dostuna göndərir.Həmin döyüşdə şəhid olur.Dostu onun ölümündən sonra həmin məktubu qəzetdə çap etdirir.
Murad həmin məktubda yazırdı : "Ey başkəsən insanlar, gücü qadınlara çatanlar, 10 manat üçün adam öldürənlər, qonşusunu gülləbaran edənlər, mən indi sizlər üçünmü şəhid oldum ?")

Göz yaşıyla oxudum,
Sənin hekayətini,
Anladım bu dünyanın,
Ağır həqiqətini.

Yaşadın,qəlbi qırıq,
Arzuları yarımçıq.
Gülmədi heç üzünə,
Taleyin bir azacıq.

Doğulanda atdılar,
Həyatın çöp qabına.
Sən beləcə büründün,
Həyatın əzabına.

Yurdda, uşaq evində,
Kor taleyin ötüşdü,
Nədən bəs nəsibinə,
Belə qəmli pay düşdü.

Sinə gərib dayandın,
Ömrün sınaqlarına.
Düşdün neçə yol onun,
Boranına qarına.

Qorxmaz bir əsgər oldun,
Komandos sırasında.
Nələr yaşamadın ki,
Ölüm astanasında ?

Qazandığın hər nə var,
Yetimlərə payladın.
Utandımı görəsən,
Anan olacaq qadın ?

Sən özün heç görmədin,
İsti ana qucağın,
İstisini duymadın,
Bir evin, bir ocağın.

Həsrət qaldın bir ilıq,
Hənirə, nəvazişə.
Qəlbində bir nisgilin,
Sızıldadı həmişə.

Amma özün hamıya,
Yardıma qaçdın müdam.
Düşündükcə sarsılır,,
Bu olanlara adam.

Məktub yazdın dostuna,
Ağır döyüşdən qabaq.
Sən nələri düşündün,
O məktubu yazaraq ?

Dönmədin o döyüşdən,
Ömrün qırıldı yarı.
Ucaldın şəhadətə,
Getdin Cənnətə sarı.

Yazdığın o məktubda,
Qınadın çoxunu sən.
Nadan,cahil insanlar,
İbrət alar görəsən ?

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930