Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə isveçrəli Luka Qabrilo təyin olunub.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 15 ildən artıq təcrübəyə malik mütəxəssis öncə İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Rəhbərliyi altında Avropa və dünya çempionatlarında fərdi idmançılar və yığmalar medallara yiyələnib, Olimpiya Oyunlarında finallara vəsiqə qazanıb.

Peşəkar fəaliyyətinə İsveçrədə başlayan 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio 2020 Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.

L.Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb və bu müddətdə “Team Iron” komandasının baş məşqçisi olub. Onun rəhbərliyi altında dünyanın müxtəlif ölkələrindən olan 36 yüksək səviyyəli idmançıdan ibarət komanda liqada çıxış edib və bir sıra uğurlara imza atıb.

Bu gün yeni baş məşqçi milli komanda üzvlərinə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə ASF-nin müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.

Xatırladaq ki, dünən 12 illik fəaliyyətdən sonra Rəşad Əbdürəhmanov milli komandamızın baş məşqçisi vəzifəsindən ayrılıb və müşavir vəzifəsinə təyin edilib.

Son xəbərlər

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR

Haray çəksəm qayalarda səslənər adım - FOTO

Bu aktyorlar "Teşkilat"dan gedir - FOTO

Dünyasını dəyişən rejissor tanınmış aktrisanın əri imiş

Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir+Foto

“Əməliyyatı yaxşı keçib, qayıdacağına ümid edirik”

Meksikada 5,8 bal gücündə zəlzələ olub

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Ciorcia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir

Azərbaycan Prezidenti: Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031