Azərbaycan İstanbulda keçirilən beynəlxalq üzgüçülük yarışında təmsil olunub - FOTO
İstanbulda 36-cı Beynəlxalq Boğaziçi Qitələrarası Üzgüçülük Yarışı keçirilib. Turnirdə ölkəmizi Rüfət, Rahim və Əmir Əlimərdanovlar, həmçinin su polosu üzrə Azərbaycan milli yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Azər Babayev təmsil edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə təşkil olunan marafonda 1967-si kişi, 869-u qadın olmaqla ümumilikdə 2836 idmançı yarışıb. Əsas məqsədi idmançıların müəyyən edilən çətin məsafəni qət etməsi olan turnir İstanbulun iki qitəsi arasında Bosfor boğazının 6,5 kilometrlik ərazisində keçirilib.

Həvəskar idmançı olan 55 yaşlı Rüfət Əlimərdanov bu məsafəni ötən ilə nisbətən iki dəqiqə daha tez qət edərək 1:03:07 dəqiqədə turniri tamamlayıb. Yarışçılarımızdan Rəhim 56 dəqiqə 47 saniyə, Əmir isə 53 dəqiqə 14 saniyə qət edib. Azərbaycanın Əməkdar məşqçisi Azər Babayev isə 1:14:48 dəqiqədə İstanbulun bir qitəsindən digərinə üzə bilib.

Müxtəlif yaş kateqoriyalarına görə keçirilən turnirdə dünyanın fərqli bölgələrindən professional və həvəskar idmançılar iştirak edib.

Bununla bağlı AZƏRTAC-a müsahibə verən Rüfət Əlimərdanov turnirə iki oğlu ilə birgə qatıldığını söyləyib. Bu yarışdakı iştirakını qardaşı Asəf Əlimərdanova həsr etdiyini deyən Rüfət burada əsas məqsədin gələcək nəsillərə nümunə olmaq xarakteri daşıdığını deyib.

Qeyd edək ki, Rüfət Əlimərdanovun böyük oğlu Rəhimin 17 yaşı var. O, su polosu üzrə Azərbaycan gənclər milli seçmə komandasının üzvüdür. Kiçik oğlu Əmir isə 14 yaşındadır və o da üzgüçülüklə məşğul olur.
Azərbaycan İstanbulda keçirilən beynəlxalq üzgüçülük yarışında təmsil olunub - FOTO
Azərbaycan İstanbulda keçirilən beynəlxalq üzgüçülük yarışında təmsil olunub - FOTO
Azərbaycan İstanbulda keçirilən beynəlxalq üzgüçülük yarışında təmsil olunub - FOTO

Son xəbərlər

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31