
Xəbərlər
14.10.2025, 17:08
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ilə bağlı saziş təsdiqlənib

Prezident İlham Əliyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Bununla bağlı sənəd bu il iyunun 25-də Cenevrə şəhərində və iyulun 11-də Bakı şəhərində imzalanıb.
Sənəddə Azərbaycan hökumətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmsil edib.
Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı noyabrın 17-dən 28-nə qədər baş tutacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
